Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2500/2023 30.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin idxal və ixraca nəzarət sektorunun məsləhətçisi və nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İD ********** və İD ********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında xx.xx.2023-cü il tarixdə satmışdır. Bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin idxal və ixraca nəzarət sektorunun məsləhətçisi və nümayəndəsi X2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin məhsulların saxlandığı anbarında baxış keçirilmiş və qanunamüvafiq qaydada baxışın keçirilməsi barədə akt tərtib edilmiş və "xxxx" MMC-nin İD ********** və İD ********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsullarının həmin anbarda mövcudluğu müəyyən edilməmişdir. Bundan başqa sahibkar tərəfindən şifahi şəkildə məhsulların satıldığı bəyan edilsə də, aktın imzalanmasından imtina edilmişdir. "xxxx" MMC tərəfindən ölkəyə qida məhsulu idxal olunmuş, məhsulun sertifikatlaşdırılması və laborator müayinəyə cəlb olunması üçün "xxxx" MMC xx.xx.2023-cü il tarixli 3-44-1/2-1-11884/23 nömrəli məktubla Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə dəvət olunsa da, şirkətin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Regional bölmənin adı çəkilən məktubunda qeyd olunan müddət ərzində quruma satılmış məhsullar barədə məlumat verilmədiyi üçün şirkət barəsində inzibati icraat başlanılmış, inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3(002)-2500/2023 saylı bildirişdən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanına Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 5-ci sıra nömrəsi ilə). İş materiallarında 26 dekabr 2023-cü il tarixli, 3(002)-2500/2023 saylı bildirişdən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanına Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli AZEMİS SMS bildirişi). Bununla da, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında şirkətin yeganə ünvanı kimi qeyd edilən ünvan 3çinin MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 25 dekabr 2023-cü il tarixli məhkəmə iclası 30 dekabr 2023-cü il tarixə təxirə salınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” anbarında baxış keçirilməsi haqqında aktdan görünür ki, anbarda 25000 kq netto çəkili dondurulmuş skrumbriya balığı məhsullarından labarotoriya müayinəsinə verilməsi üçün nümunə götürülməsi məqsədilə baxış keçirilmiş və və baxış zamanı 25000 kq məhsuldan 20 kq aşkar edilmiş, anbardar tərəfindən məhsulların satıldığı bildirilmişdir. Anbardar tərəfindən aktın imzalanmasından imtina edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan elektron ərizədən görünür ki, İD ********** və İD ********** nömrəli müraciətlər üzrə "xxxx" MMC-nin ünvanına göndərilən ümumi çəkisi 25000 kq balıq məhsulları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında boşaldılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-4431/2-1-11539/23 saylı və xx.xx.2023-cü il tarixli 3-44-1/2-1-11884/23 saylı məktublardan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxal edilən yükün gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra qida təhlükəsizliyi baxımından yoxlanılması zərurəti şirkətin diqqətinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-44-1/2-1-11884/23 saylı bildirişin surətindən görünür ki, Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə iş materialları, həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin izahatı məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, İD ********** və İD ********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında xx.xx.2023-cü il tarixdə satmışdır. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 447.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2500/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2500/2023
30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver