Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2501/2024 21.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X4, Zərəçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 02 avqust 1969-cu ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsi, ev 82-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ rayon Pİ 10-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 25 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində X2 ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək fiziki ağrı yetirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X6 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN serialı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, 25 iyul 2024-cü il tarixdə Lökbatan qəsəbəsində avtobusda tanımadığı qadınla aralarında yol vermə üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı həmin qadınla əlbəyaxa olmuş, həmin qadın da onu vurmuşdur, lakin məsələnin ciddi olmadığını fikirləşdiyindən polisə müraciət etməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X2 bildirmişdir ki, 25 iyul 2024-cü il tarixdə Lökbatan qəsəbəsində avtobusda tanımadığı qadınla aralarında mübahisə yaranmış və mübahisə zamanı həmin qadın onu vuraraq xəsarət yetirmiş, hadisə zamanı qızıl sepi qırılmışdır. Şəxs şikayətçi olduğunu, barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan 06 avqust 2024-cü il tarixli qərardan göründüyü kimi, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 476 №li ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar olunmuş xəsarət – boyun, hər iki bazu, sol əlin arxa səthinin, sağ said və döş qəfəsinin ön səthinin sıyrıqları bərk küt əşya təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə, Şəxs hərəkətlərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə düzgün tövsif olunduğu qənaətinə gəlir və hesab edir ki, ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törədən Şəxsnun ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2501/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2501/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver