Məhkəmə qərarları › İş №3(002)-2501/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2501/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2501/2025 11.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Qaradağ Rayon DYPŞ-nın polis kapitanı, X1 tərəfindən qəbul edilmiş 24 oktyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X5 ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-cü il tarixli TP ******* nömrəli inzibati tǝhbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, xx.xx.2025-cü il tarixdə, istifadəsində olan "Hyundai sonata" markalı, 90HZ160 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu Sədərək t/m ərazisində dayancaqdan hərəkətdə olarkən yerdə olan üfüqi nişanlama ox işarəsi istiqamətində hərəkət etmiş, yolu bitdikdə sola dönmüşdür nəqliyyatın axınına doğru [bu zaman səs siqnalını və sayrışan işıqları qoşmadan nəqliyatin əks istiqamətinə hərəkət edən yol polisi ilə qarşılaşmışdır.] Yol-patrul xidməti (bundan sonra - YPX) ǝməkdaşı tərəfindən ona "saxla" əmri verildiyindən, nəqliyyat vasitəsini təhlükəsizlik qaydalarına riayət edərək saxlamışdır. Daha sonra yaxınlaşan YPX əməkdaşı onun dairəyə daxil olmadığını bildirdi, onun gəldiyi istiqamətdə 4.3 nişanı yoxdu (bu nişan olmadan dairə dairə sayılmır), X2 Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsi tətbiq edilməklə inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirdi. O "Yol hərəkəti haqqında" Qanunun heç bir tələbini pozmadığından, YPX əməkdaşının söylədiyi fikirlərlə razılaşmamışdır. YPX əməkdaşı tərəfindən ona heç bir foto və ya video çəkiliş təqdim edilmədiyindən, o inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır və İXM-in 124.3-cü maddəsinə uyğun olaraq barəsində İXP7502136 nömrəli inzibati xəta haqqında protokol tərtib edildi. Eyni zamanda tərtib edilərək müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokoluna heç bir foto və ya video çəkiliş əlavə edilməmişdir. İXM-in müvafiq maddələrinə uyğun olaraq yuxarı vəzifəli şəxs tərəfindən barəsində tərtib edilmiş inzibati xǝta haqqında protokola əsasən xx.xx.2025-cü il tarixli TP ******* nömrəli qərar qəbul edilərək İXM-in 327.2-ci maddəsi ilə ona inzibati cərimə tətbiq edilmişdir. Lakin o bu qərarla razı deyil. Belə ki Sədərək t/m ərazisində olan xətlənmələr və nişanlar bir-birinə ziddir. Belə ki, o dayancaqdan hərəkətə başlamışdır yerdə olan ox istiqamətinə uyğun şəkil və videoları məhkəməyə təqdim edəcəkdir. Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Qərarın xx.xx.2025-cü ildə qəbul edildiyini nəzərə alaraq, 20 gün müddətin buraxılmaması məlum olur. İXM-in 130.1-ci maddəsinə əsasən 126.1-ci maddəsində, yəni yol hərəkəti əleyhinə olan inzibati xətalar istisna olmaqla, digər qərarlar üzrə şikayət verilmə müddəti 10 (on) gündür. Yuxarıda qeyd olunanları və İXM-in 134.1.3cü maddəsini rəhbər tutaraq, xx.xx.2025-cü il tarixli TP ******* nömrəli inzibati tǝhbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X5 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 14 oktyabr 2025-cü il tarixdə, nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu “Sədərək” ticarət mərkəzi ərazisində dayancaqdan hərəkətdə olarkən yerdə olan üfüqi nişanlama ox işarəsi istiqamətində hərəkət etmiş, yolu bitdikdə sola dönmüş, nəqliyyatın axınına doğru hərəkət etmişdir. Bu zaman səs siqnalını və sayrışan işıqları qoşmadan nəqliyatin əks istiqamətinə hərəkət edən yol polisi ilə qarşılaşmışdır. YPX ǝməkdaşı tərəfindən ona "saxla" əmri verildiyindən, nəqliyyat vasitəsini təhlükəsizlik qaydalarına riayət edərək saxlamışdır. Daha sonra yaxınlaşan YPX əməkdaşı onun dairəyə daxil olmadığını bildirdi, onun gəldiyi istiqamətdə 4.3 nişanı yoxdur. X2 Məcəlləsinin 327.2-ci maddəsi tətbiq edilməklə inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin o heç bir qayda pozuntusu törətməmişdir. Odur ki, təqsirli olmadığına görə barəsində qəbul edilmiş 24 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Bakı şəhər Qaradağ Rayon DYPŞ-na rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ Rayon DYPŞ -nın 14 oktyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 24 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 14 oktyabr 2025-ci il tarixdə, saat 18:09 radələrində “Sədərək TM” ərazisində “Hyundai Sonata minik” markalı ** HZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına manevr etmə qaydalarının pozulmasına görə İXM 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd olunan inzibati pozuntu ilə əlaqədar şəxsin təqsirli bilinməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı yanlız şikayət vermiş şəxsin təqdim etdiyi sübutlar əsasında onun qeyd olunan inzibati iş üzrə təqsirli bilinib-bilinməməsinə dair obyektiv yekun nəticəyə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in Bakı şəhər Qaradağ Rayon DYPŞ-nın polis kapitanı, X1 tərəfindən 14 oktyabr 2025-cü il tarixli İXP ******* saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Qaradağ Rayon DYPŞ-sı tərəfindən qəbul edilmiş 24 oktyabr 2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar