Məhkəmə qərarları › İş №3(002)-2503/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2503/2020

30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2503/2020 30.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, BDYPİ-nin Vİ tağım YPX inspektoru polis baş serjantı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası DİN-nin BDYP-nin Yol-Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində İXM-nin 332.1, 332.4, 342.6 və 327.1-ci maddələri ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15:45 radələrində Bakı Qazax Gürcüstan yolu 26-cı km-də sürücülük vəsiqəsi olmadan idarə etdiyi dostu X3 məxsus “Kia Optima” minik markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib “Hyundai” yük markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqqoşmuş və həmin avtomobil yol qoruyucu dəmir çəpərə çırpılmış, nəticədə ehtiyyatsızlıqdan yolqoruyucu metal çəpər əzilərək avtomobillərin sahiblərnə maddi ziyan vurmasına səbəb olmuşdur. Hadisə zamanı sürücü Şəxs xəsarət alması faktı öz təsdiqini tapmamışdır. Vİ tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4, 342.6 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Vİ tağım YPX inspektoru polis baş serjantı X2 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasnı xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, sürücülük vəsiqəsi olmamaqla avtomaşını yoxdur. xx xxxxxx 2020-ci il tarixdə o təcili Qaradağ rayonu, Sahil qəsəbəsinə getməli olduğu üçün, dostu Rafaeldən xahiş edərək ona avtomobili verməsini xahiş etmişdir. Bundan sonra o Rafaelə məxsus “Kia Optima” minik markalı ** ZU *** dövlət qeydiyyat nşnalı avtomobili götürmüş və Sahil qəsəbəsinə getmişdir. Geri qayıdarkən mobil telefona başı qarışdığı üçün bir anlıq idarəetməni itirmiş və bu zaman qarşıda hərəkətdə olan Hyundan yük markalı avtomaşını arxadan vurmuşdur. Həmin avtomobildə idarə etməni itirərək yolun kənarındakı dəmir arakəsməni zədələmişdir. Hadisə nəticəsində heçkəs xəsarət almamışdır. Hal-hazırda ona qarşı heç bir şikayət olmamaqla törətmiş inzibati xətadan peşimandır. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2011, ban nömrəsi KNAGN411BB5107341, tip sedan, mühərrik G4KDBS008913, ağ mirvari, “Kia Optima minik” markalı, ** ZU *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. Məhkəmə Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokolu və həmin protokolda qeyd olunan maddələri nəzərdən keçirib, hesab edir ki, onun təqsirli bilindiyi İXM-nin 332.1, 332.4 və 327.1-ci maddələri məhkəmənin səlahiyyətinə aid olmadığından o, İXM-nin 43-cü maddəsinə əsasən həmin Məcəllənin 332.4-cü maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən 31.2. fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, əməlindən peşman olduğunu və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar