Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2503/2024 21.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4739/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4739/2023 saylı, 02 oktyabr 2023-cı il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-677/2023 nömrəli qətnaməsi cavabdeh Şəxs münasibətdə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi cavabdeh Şəxs münasibətdə qismən təmin edilmiş, cavabdeh Şəxs 79.000 manat məbləğində pul, iddianın verilməsinə ödənilmiş dövlət rüsumunun 195 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 195 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarına əsasən məhkəmə aktı qanuni qüvvəsini almış və icra sənədi 06 iyun 2024-cü il tarixdə verilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 07 iyun 2024-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Tərəfindən görülmüş icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Şəxs hal-hazırda fərdi sahibkar X7 yanında rəsmi qaydada usta işləyir və təxminən 800 manat aylıq əmək haqqı alır. Buna görə də 05 avqust 2024-cü il tarixdən borclunun aylıq əmək haqqının əlli faizi tələbkarın hesabına yönəldilmişdir. Bundan başqa borclu tələbkara olan borcundan hissə-hissə 2200 manat ödəniş etmişdir. Lakin borclu tərəfindən icra sənədi tam icra olunmadığı üçün onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 21 avqust 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, borclu icra məmurunun çağırışlarından yayınmayaraq vaxtı-vaxtında gəlir. İcra məmuru öz izahatında borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 öz izahatında göstərmişdir ki, təqribən on il qabaq Şəxs yetmiş doqquz min manata ev almış, lakin Qalibə etibar etdiyindən alqısatqı müqaviləsi bağlamamışdır. Bundan təqribən altı-yeddi ay sonra Qalib ondan xəbərsiz evi başqa şəxsə sataraq onu yaşadığı evdən məcburi çıxartmışdır. Hal-hazırda ailə üzvləri ilə birlikdə kirayədə qalmaqla aylıq təqribən 500 manat yaxın kirayə haqqı ödəyir. O öz izahatında borclunun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4739/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən ona olan 79000 manat borcunu tam şəkildə ödəməsini, bu baş vermədikdə isə barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək göstərmişdir ki, təqribən on il qabaq X3 Bakı şəhəri, Suraxanı rayonunda yerləşən özünə məxsus həyət evini yetmiş doqquz min manata satmış, lakin Bəxtiyar onunla alqı-satqı müqaviləsi bağlamayaraq evi öz adına saldırmamışdır. Hadisədən bir neçə ay keçdikdən sonra Bəxtiyar onu özünün qohumu kimi təqdim etdiyi başqa bir şəxslə tanış etmiş, o da həmin şəxsə Bəxtiyarın razılığı ilə evi etibarnamə əsasında satmışdır. Daha sonra notariusda həmin şəxslə alqı-satı müqaviləsi bağlamışdır. Bütün bunlar baş verərkən Bəxtiyarın bu hadisələrdən xəbərdar olduğunu və alqı-satqı müqaviləsinin bağlanmasına etiraz etmədiyini zənn etmişdir. Hal-hazırda fərdi sahibkar yanında soyuducu təmiri ilə məşğul olmaqla aylıq 800 manat maaş alır. Himayəsində bir azyaşlı uşağı var. Borcundan bu günədək 2200 manat ödəniş etmişdir. Qalan məbləği isə əmək haqqına yönəldilməklə hər ay ödəyəckdir. Odur ki, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olsa da heç icra sənədini tam olaraq icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 21 avqust 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, icra tədbirlərinin yeni başlamasını və yaranmış borcundan müəyyən ödənişlər etməsini, eləcə də hal-hazırda rəsmi gəliri olmaqla borcun həmin gəlirə yönəldilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2503/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2503/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver