Məhkəmə qərarları › İş №3(002)-2503/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2503/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2503/2025 26.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati materiala açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, tərtib edilmiş 13 noyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati protokoldan aydın olur ki, Şəxs MMC tərəfindən, vətəndaş X1 şikayət ərizəsi əsasında zəruri məlumatlara dair sənədlər yeddi iş günü ərzində Əmək Müfəttişliyinə təqdim edilməmişdir. iş materiallarına Şəxs MMC-yə X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin yeddi iş günü ərzində Əmək Müfəttişliyinə təqdim edilməsi barədə müvafiq qaydada imzalanmamış məktubun surəti əlavə edilsə də, həmin məktubun həqiqətən də Şəxs MMC-yə göndərilməsini və məktubun alınıb-alınmamasına dair heç bir sübut aşkar edilməmişdir. Bundan başqa, iş materiallarında Şəxs MMC-yə barəsində İXM-nin 539.3-cü maddəsinə əsasən inzibati protokolun tərtib edilmə yeri və vaxtı barədə məlumat verilməsinə dair də heç bir sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin 13 noyabr 2025-ci il tarixli, İXP ******* saylı protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan X2 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar