Məhkəmə qərarları › İş №3(002)-2507/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2507/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2507/2024 26.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, «X1» MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ünvanında qeydiyyatda olan «X1» MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X1» MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 19 avqust 2024-cü il tarixli EP ******* №-li protokoldan aydın olur ki, «X1» MMC 30431.01 avro məbləğində vəsaiti 15 iyul 2022-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 29306.71 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 16 iyul 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən «X1» MMC-nın etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil «X1» MMC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, «X1» MMC ilə “X2” şirkəti arasında imzalanmış müqavilələrə əsasən 30431.01 avro məbləğində ehtiyyat hissələrin ölkəyə gətirilməsi barədə razılıq əldə olunmuşdur. Həmin müqavilələr üç nüsxədə tərtib edilmişdir. "xxxx" ASC-nin struktur vahidi olan "X1" MMC-nin ( VÖEN **********) adından xx.xx.2022-ci il tarixində X2 FZC MPİ/22/995 şirkətindən **********4537 nömrəli bəyannamə, MPİ/22/838, MPİ/22/1038, MPİ/22/707 nömrəli invoyslar, ümumi dəyəri 228006,21 Avro o(xx.xx.2022 tarixində valyuta məzənnəsi 1.7887 azn) olan mal idxal olunmuşdur. İdxal olunan zaman yuxarıda göstərilən invoysları bir müqavilə (TM/XR/AS-21/844 saylı xx.xx.2021 tarixli) altında rəsmiləşdirilmişdir. Buna görə də yuxarıda göstərilən anlaşılmazlıq yaranmışdır. Təmsil etdiyi şirkət gömrük bəyannaməsinə düzəliş edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. O öz izahatında təmsil etdiyi şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, «X1» MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə «X1» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, «X1» MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə baxışı zamanı təqdim etdiyi «X1» MMC-nin direktoru Rüstəm Qaçayevin Bakı Baş Gömrrük İdarəsinin rəisi Elmir Ramazanova ünvanladığı məktubdan aydın olur ki, "xxxx" ASC-nin struktur vahidi olan "X1" MMC-nin ( VÖEN **********) adından xx.xx.2022-ci il tarixində X2 FZC MPİ/22/995 şirkətindən **********4537 nömrəli bəyannamə, MPİ/22/838, MPİ/22/1038, MPİ/22/707 nömrəli invoyslar, ümumi dəyəri 228006,21 Avro (xx.xx.2022 tarixində valyuta məzənnəsi 1.7887 azn) olan mal idxal olunmuşdur. İdxal olunan zaman yuxarıda göstərilən invoysları bir müqavilə (TM/XR/AS-21/844 saylı xx.xx.2021 tarixli) altında rəsmiləşdirilmişdir. Yazıb sizdən xahiş edirik ki, **********4537 bəyannaməsində olan MPİ/22/995 vǝ MPİ/22/707 olan invoysların, ümumi dəyəri 36096,99 Avro olan malların TM/XR/AS-21/844 saylı xx.xx.2021 tarixli müqavilə ilə, MPİ /22/1038 olan invoysun, ümumi dəyəri 151030.75 Avro olan malı müqavilənin əlavəsi olan TM/XR/AS- 21/1024 saylı xx.xx.2024 tarixli müqavilənin əlavəsi ilə, MPİ/22/838 olan invoysun, ümumi dəyəri 40878,47 Avro olan malın müqavilənin əlavəsi olan TM/XR/AS-22/261 saylı xx.xx.2024 tarixli müqavilənin əlavəsi ilə rəsmiləşdirilməsinə köməklik edilməsi xahiş edilmişdir. Qeyd edilən müraciət əsasında Dövlət Gömrük Komitəsi tərəfindən qeyd olunan bəyannaməyə düzəliş edilərək hüquqi şəxsə təqdim edilmişdir. «X1» MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi **********4537 saylı gömrük bəyannaməsinin əlavə vərəqində TM/XR/AS-21/844 saylı xx.xx.2021 tarixli, TM/XR/AS-22/261 saylı xx.xx.2022-ci tarixli və TM/XR/AS-21/1024 saylı xx.xx.2024 tarixli müqavilələr qeyd olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «X1» MMC tərəfindən “X2” şirkətinə 15 iyul 2022-ci il tarixdə köçürülmüş 30431.01 avro məbləğində vəsaitə uyğun olaraq iki il müddət keçənədək vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal edilməsi faktı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «X1» MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: «X1» MMC-nin 19 avqust 2024-cü il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar