Məhkəmə qərarları › İş №3(002)-2508/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2508/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2508/2024 23.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə xx xxxx 1973-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Cəbrayıl rayonu, Fuğanlı kəndində qeydiyyatda olmaqla, Biləsuvar rayonu, Cəbrayıl kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 23 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati protokoldan aydın olur ki, Şəxs 18 avqust 2024-cü il tarixdə X7 məxsus 250 manat dəyərində 01 ədəd “Samsung A13” markalı mobil telefonu və 200 manat pulu, həmin tarixdə X1 məxsus 200 manat dəyərində 01 ədəd “Samsung A74” markalı mobil telefonu və 300 manat məbləğində pulu və 20 avqust 2024cü il tarixdə X8 məxsus 500 manat dəyərində “Honor 8” markalı mobil telefon oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X9 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 18 avqust 2024-cü il tarixdə X7 məxsus 250 manat dəyərində 01 ədəd “Samsung A13” markalı mobil telefonu və 200 manat pulu, həmin tarixdə X1 məxsus 200 manat dəyərində 01 ədəd “Samsung A74” markalı mobil telefonu və 300 manat məbləğində pulu və 20 avqust 2024-cü il tarixdə X8 məxsus 500 manat dəyərində “Honor 8” markalı mobil telefon oğurlamışdır. Faktla bağlı araşdırma aparılmış və hadisəni törətmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs halhazıradək vurulmuş ziyanlardan heç bir ödəniş etməmişdir. Odur ki, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 18 avqust 2024-cü il tarixdə X7 məxsus 250 manat dəyərində 01 ədəd “Samsung A13” markalı mobil telefonu və 200 manat pulu, həmin tarixdə X1 məxsus 200 manat dəyərində 01 ədəd “Samsung A74” markalı mobil telefonu və 300 manat məbləğində pulu və 20 avqust 2024-cü il tarixdə X8 məxsus 500 manat dəyərində “Honor 8” markalı mobil telefon oğurlamışdır. O, əməlindən peşiman olduğunu və hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənlərə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 23 avqust 2024-cü il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞ-nın təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ qərara əsasən; X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 10-cu PŞ-nin aidiyyəti əməkdaşlarına həvalə edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və materialın saxlanılması üçün 10-cu PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun törətdiyi xırda talama hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş 22 avqust 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs oğlu qeyd olunan xırda talama hadisəsi ilə əlaqədar 22 avqust 2024-cü il tarixdə saat 00:30-da tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 22 avqust 2024-cü il saat 00:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 10-cu PŞ-ya həvalə edilsin. 4.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar