Məhkəmə qərarları › İş №3(002)-251/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-251/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-251/2022 29.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8, Şikayət verən şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin 22 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi, X5 tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qaradağ rayon Məhkəməsinin 3(002)-1453/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı ilə X3 inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi, X5 tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Qərardan narazı qalan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi apellyasiya şikayəti verərək Qaradağ rayon Məhkəməsinin 3(002)- 1453/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və 11 X7 və Təbii Sərvətlər İdarəsinin 22 noyabr 2021-ci il tarixli, MN ******* saylı qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-202/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarına əsasən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi, X5 tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhər Qaradağ rayon Məhkəməsi hakiminin 3(002)-1453/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi, X5 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş və yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 22 noyabr 2021ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və məhkəmə iclası zamanı nümayəndənin təqdim etdiyi 31 oktyabr 2021-ci il tarixli, MN ******* saylı protokolun surətindən aydın olur ki, vətəndaş X2 rayonu, Sahil qəsəbəsi, Xəzər dənizinin sahili (29-cu km) ərazisində 31 oktaybr 2021-ci il tarixdə 12 mm “Chercill” markalı 900507 nömrəli ov silahı ilə qadağan olunmuş ərazidə qanunsuz ov edərkən saxlanılmış və X4 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli, MN ******* saylı qərarla o Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, 25.01.1993-cü ildən Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. 15.09.2016-cı il tarixdən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Hərbi Ovçuluq İttifaqının üzvüdür. Ona 26.11.2013-cü il tarixdə Türkiyə istehsalı olan M-31 saylı şəhadətnamə ilə “Cherçill” markalı 900507 nömrəli ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün verilmişdir. Həmin vaxtdan da həmin silah onun istifadəsindədir. O əməliyyat olunduğuna görə yaddaşı zəifdir. Nevroloji xəstəliklə əlaqədar olaraq Neftçilər xəstəxanasında müalicə almışdır. 2009-cu ildən ikinci qrup əlildir. 32 il Bakı Dərin Özüllər Zavodunda işləmişdir. Xəstəliyi ilə əlaqədar hər gün piyada hərəkət etməklə açıq havada gəzməlidir. Buna görə də səhər və axşamlar gündə 2-3 saat dəniz kənarında gəzir. Təxminən 2021-ci ilin oktyabr ayında dənizkənarına hava almaq üçün getmişdir. Həmin vaxt çöl itlərindən qorunmaq üçün istifadəsinə icazə verilmiş ov silahını da özü ilə götürmüşdür. Həmin vaxt ixtiyarsız olaraq göyə iki dəfə atəş açmışdır. Həmin vaxt onun ov etmək fikri olmamışdır və heç bir ov ovlamamışdır. Lakin əsassız olaraq onun barəsində protokol tərtib edilmişdir. Barəsində protokol tərtib edilərkən onun iştirakı təmin edilməmiş və bundan xəbəri olmamışdır. Bundan xeyli müddət keçdikdən sonra yenə də heç bir məlumatı və ya xəbəri olmadan barəsində 22.11.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, idarənin müvafiq sərəncamına əsasən 31.10.2021-ci il tarixdə qanunsuz ov hallarının qarşısını almaq məqsədilə xidməti ərazidə keçirilən reyd zamanı Qaradağ rayonu, Sahil qəsəbəsinin Xəzər dənizi sahili 29cu km adlanan ərazisində qanunsuz ovla məşğul olan bir nəfər şəxs saxlanılmışdır. Araşdırma zamanı həmin şəxsin ünvan 1 ünvanında qeydiyyatda olan X4 olduğu məlum olmuşdur. Saxlanılan şəxsin üzərində bir ədəd 12 mm “Chercill” markalı 900507 nömrəli beşaçılan ov silahı və 19 ədəd 12 kalibrli dolu patronlar olduğu müəyyən edilmiş, lakin vətəndaş silahı və dolu patronları təhvil verməmişdir. Daha sonra Ziyafət Məmədovun yazılı izahatı alınmışdır. Odur ki, X4 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək və tərəflərin izahatını araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəməyə təqdim edilmiş 31 oktaybr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətməsi ehtimal olunan X3 konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi, maddi sübutların olub-olmaması, həmin maddi sübutların qablaşdırılaraq götürülübgötürülməməsi və sair bir çox halları) müəyyən edilməmiş, sadəcə protokolda formal olaraq “izahat əlavə olunur” qeydi edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı qeyd olunan inzibati xətanın törədilməsinə dair məhkəməyə heç bir sübut, o cümlədən inzibati xəta törədilməsi ehtimal edilən şəxsin izahatı, inzibati xətanın aşkar edilməsində istifadə olunan foto və ya video görüntülər və s. sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun qəbul edildiyi tarix və yer; 100.1.2. protokolu qəbul etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş 31 oktyabr 2021-ci il tarixli 73581 saylı aktdan belə məlum olur ki, yuxarıda qeyd olunan reyd ilə bağlı saxlanılan X3 üzərində bir ədəd 12 mm “Chercill” markalı 900507 nömrəli beşaçılan ov silahı və 19 ədəd 12 kalibrli dolu patronlar olduğu müəyyən edilmiş, lakin vətəndaş silahı və patronları təhvil verməmişdir. Vətəndaş aktı və protokolu imza etməkdən imtina etdiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı istər ov tüfənginin, istərsə də patronların həqiqətən də mövcud olub-olmaması, həmin alətlərin inzibati qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilərək götürülməsi öz təsdiqini tapmamış və bununla bağlı məhkəməyə heç bir sübut belə təqdim edilməmişdir. Eləcə də şəxs tərəfindən barəsində tərtib edilmiş protokol və aktı imzalamaqdan imtina etməsinə dair hər hansı bir qeydi müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı 11 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 məhkəməyə təqdim etdiyi bir ədə foto şəkildən isə X3 həqiqətən də qanunsuz ovla məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycn Respublikası İXM-nin 77.1-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 77.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi, X5 tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar