Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2510/2023 13.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X4, Zərərçəkmiş şəxslər X2 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1996-cı ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yardımlı rayonu, Bürzünbül kəndində qeydiyyatda olmaqla ünvan 3-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 13 dekabr 2023-cü il tarixli MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokollar 12 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlar əsasında tərtib edilmişdir. Qeyd olunan qəraralara və protokollara əsasən, Şəxs 09 dekabr 2023-cü il tarixdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Spar Market” mağazasından 170 manat dəyərində 02 ədəd “Red label” viskisini oğurlamış, bundan başqa o, 10 dekabr 2023-cü il tarixdə ünvan 1 ünvanından X3 məxsus 90 manat dəyərində samovar oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X8 öz izahatında tərtib olunmuş protokolları müdafiə edərək bildirmişdir ki, X6 09 dekabr 2023-cü il tarixdə, saat 20:22 radələrində DİN-in 102 xidmətinə zəng edərək və həmin gün Qaradağ RPİ-nin 10-cu PŞ-da ərizə və izahat yazaraq bildirmişdir ki, 09 dekabr 2023-cü il tarixdə Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən “Spar Market”ə müştəri kimi daxil olmuş naməlum şəxs 02 ədəd “Red Label” viskini oğurlamaqla marketə 170 manat ziyan vurmuşdur. Bundan başqa ünvan 1 ünvanında yaşayan X5 10 dekabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10cu PŞ-na ərizə ilə müraciət edərək yaşadığı ünvanda saxlanc yerindən özünə məxsus samovarın naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. Hər iki fakt üzrə araşdırma aparılmış, araşdırma zamanı hadisənin törədilməsində şübhəli bilinən xx xxxxx 1996-cı təvəllüdlü Şəxs törətdiyi inzibati xəta əməllərini etiraf etmişdir. O öz izahatında tərtib etdiyi protokolları müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X6 öz izahatında göstərmişdir ki, Şəxs 09 dekabr 2023-cü il tarixdə Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən “Spar Market”ə müştəri kimi daxil olmuş və 02 ədəd “Red Label” viskini oğurlamaqla marketə 170 manat ziyan vurmuşdur. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda Şəxs ilə barışmaqla ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X5 öz izahatında göstərmişdir ki, Şəxs 10 dekabr 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında saxlanc yerindən özünə məxsus samovarı oğurlamışdır. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda Şəxs ilə barışmaqla ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, ünvan 3 ünvanında anası ilə birlikdə yaşayır, subaydır, hal-hazırda işləmir. 09 dekabr 2023-cü il tarixdə Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən “Spar Market”ə müştəri kimi daxil olmuş oradan 02 ədəd “Red Label” viskini oğurlamaqla oradan uzaqlaşmışdır. Bundan başqa 09 dekabr 2023-cü il tarixdən 10-na keçən gecə əvvəlcədən tanıdığı Vüsal adlı şəxsin evinə daxil olaraq oradan beş litrlik samovarı oğurlamış, samovarı tap.az saytında 80 manata satmışdır. O, hazırda zərərçəkmiş şəxslərlə barışdığını və zərərçəkmiş şəxslərə dəyən maddi ziyanın tam ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş X6 və X7 tərəfindən təqdim olunmuş ərizələrdən görünür ki, Şəxs tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdir və onların Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2510/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2510/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver