Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2511/2024 16.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Şikayət verən şəxs X5 iştirakları ilə, X10 tərəfindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin 12 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin 12 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və Azərbaycan inzibati inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X3 rayonu, Qızıldaş qəsəbəsi ərazisində “BMC” markalı ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə lisenziya və ya icazə sənədi olmadan yerin təkindən (7 m3 qarışıq süxur) istifadə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən 600 (alı yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X10 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 11 X9 və Təbi Sərvətlər İdarəsinin xx.xx.2024-cu il tarixli MN ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tanbeh verma haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd etdiyi əsaslara görə barəsində əsassız və qanunsuz olaraq qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o, etibarnamə əsasında idarə etdiyi "BMC" markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə lisenziyaya icazə sənədi olmadan yerin təkindən istifadə etmişdir. Barəsində İXM-nin 228-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin maddədə icazə olmadan va ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə inzibati tənbeh nəzərdə tutulmuşdur. O, yerin təkindən istifadə etməmişdir. Bu barədə bildirmişdir ki, "BMC" markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, etibarnamə əsasında idarə edir. Həmin avtomaşınla o, heç bir yük daşımamışdır və həmin gün də maşın həyətdə olmuşdur. Bu barədə hətta internet də görüntülər olmuşdur ki, reyd keçirilir, lakin həmin görüntülərdə onun maşını yoxdur və hansı əsasa görə ona cərimə yazıldığı aydın deyildir. Həmin görüntülərdə onun idarə etdiyi maşının nömrəsi qeyd edilsə də görüntülər yoxdur və onun maşını reyd zamanı orada olmamışdır. Bir daha bildirmək istəyir ki, tərtib edilmiş protokol və qərardan onun xəbəri olmamışdır. Həmin protokol va qərar qəbul edildikdə ona məlumat verilməmiş və bu barədə ondan izahat alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan va ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İşin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə onun təqsiri və ya aidiyyəti sübuta yetirilməmişdir. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bütün bunların nəzərə alınaraq barəsində tərtib olunmuş 12 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, 12 iyun 2024-cü il tarixdən onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bundan sonra o avtomaşın idarə etməmişdir. Çəkilmiş şəkillər aprel ayına aiddir. Belə ki, aprel ayında o sənədlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarına təqdim etmiş və bundan sonra barəsində heç bir tədbir görülməmişdir. Təqdim edilmiş şəkildən də göründüyü kimi onun əvvəllər idarə etmiş olduğu avtomaşın hər hansı bir yükdaşıma ilə məşğul olmamışdır. Əgər olsaydı həmin vəziyyətdə maşının şəkli çəkilərdi. Bundan başqa o öz izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokol tərtib olunarkən onun iştirakı təmin edilməmişdir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X4 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, həmin protokol onun tərəfindən tərtib olunmaqla idarə əməkdaşları tərəfindən 22 may 2024-cü il tarixdə keçirilmiş monitorinqlər zamanı X5 Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ünvanında dövlət qeydiyyat nömrə nişanı **-OF-*** olan "BMC" markalı yük nəqliyyat vasitəsilə qanunsuz olaraq 7 m³ hecmində qarışıq-süxur kütlesinin qanunsuz olaraq daşıması faktı müəyyən edilmişdir. Aşkar edilmiş faktla əlaqədar olaraq inzibati araşdırmada iştirakla bağlı 16 iyul 2024-cü il tarixdə bildiriş tərtib edilərək vətəndaşdan 26 iyul 2024-cü il tarixində, saat 10:00-da 11 X9 və X7 gəlməyi və ya səlahiyyətli nümayəndəsinin (şəxsiyyəti təsdiq edən sənəd və etibarnamə ilə birlikdə) göndərməyi xahiş edilmişdir, lakin vətəndaş qeyd edilən inzibati xəta hadisəsi ilə bağlı idarəyə yaxınlaşmamışdır. X1 “Yerin təkindən istifadə haqqında” Qanunun tələblərini pozmuşdur. Odur ki, X10 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək və tərəflərin izahatını araşdıraraq hesab edir ki, X10 barəsində Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışı zamanı təqdim edilmiş 29 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, X10 22 may 2024-cü il tarixdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində “BMC” markalı ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 7 m3 qarışıq-süxur kütləsini icazə olmadan yerin təkindən istifadə edərək daşınmasına görə barəsində şəxsin iştirakı olmadan Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bundan başqa şəxsin qeyd olunan inzibati xətanı törətməsini təsdiq edə biləcək yeganə sübut kimi hadisə vaxtı çəkilmiş fotoşəkillərə istinad olunsa da, məhkəmə araşdırması zamanı həmin fotoşəkildən şəxsin təqsirli olmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa məhkəmə araşdırması zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul eidlmiş şəxsin təqdim etdiyi etirazların əsassız olmasına dair qarşı tərəf hər hansı bir mötəbər sübut və ya dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun qəbul edildiyi tarix və yer; 100.1.2. protokolu qəbul etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. X5 Azərbaycan Respublikası İXM-in 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2511/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2511/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver