Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2514/2025 23.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qaradağ RPİ-nin 38-ci PŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla bağlı Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-nə geri qaytarılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-3397/2025 saylı qərarında qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-587/2025 saylı, 25 dekabr 2025ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin baş təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş 20 noyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 6(002)-45/2025 saylı, 15 dekabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən halların nəzərə alınması və obyektiv qərar qəbul edilməsi məqsədilə apelyasiya şikayəti qismən təmin edilməsi, Qaradağ Rayon Məhkəməsinin 3(002)-2514/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qərarı ləğv edilməli və inzibati material yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmalı, yeni məhkəmə baxışında, yuxarıda göstərilən hallar o cümlədən, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsini təkzib, yaxud təsdiq edən sübutlar bir daha tədqiq edilməli, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırılaraq, bundan sonra toplanmış sübutlar əsasında qanuni və ədalətli qərar qəbul edilməlidir. Beləliklə, iş üzrə Qaradağ rayon Məhkəməsinin 6(002)-45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Qaradağ RPİ-nin 38-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş 20 noyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edildiyinə və əlavə araşdırma aparılması üçün Bakı şəhəri Qaradağ rayon prokurorluğuna göndərildiyinə görə həmin qərarla Şəxs barədə müəyyən edilmiş inzibati xətaya obyektiv qiymət verilməsi, işin araşdırılması, mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının İXM-nin 53.1.7-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında pprotokol və ona əlavə edilmiş material geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material Qaradağ RPİ-nin 38-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2514/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2514/2025
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver