Məhkəmə qərarları › İş №3(002)-2515/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2515/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2515/2025 09.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 12 noyabr 2025-ci il tarixli, 00100-03382/25 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, AZ1063, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (VÖEN: **********) ünvanına 38AJS515/38AJD844 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən, Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********7991 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallara dair qisa idxal bəyannaməsi, Azerbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozularaq gömrük orqanlarına elektron formada qisa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3- 33-1100/012/035930 nömrəli raportda "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (VÖEN: **********) ünvanına 38AJS515/38AJD844 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********7991 nömrəli GB ilə bəyan olunmuş yük üçün qısa idxal bəyannaməsi təqdim olunmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "malın çatdırılması və boşaldılması"-na dair çıxarışdan görünür ki, 38AJS515/38AJD844 nömrəli nəqliyyat vasitəsi ilə "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ünvanına göndərilən mallar xx.xx.2025- ci il tarixdə saat 02:23 radələrində Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, lakin həmin mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar eks etdirilməli və malların gömrük sərhədini keçmesinden en azı 1 (bir) saat əvvəl verilməlidir. "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 3-33-1100/012/035930 nömrəli raport, Gömrük Xidmətinin "Vahid avtomatlaşdırılmış idareetme sistemi" informasiya resursundan "Malın çatdırılması və boşaldılması"na dair çıxarış ve işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X2 istifadəsində olan 055 *** ** ** nömrəli mobil telefon ile 12 noyabr 2025-ci il tarixdə saat 16:13 dəqiqədə əlaqə saxlanılaraq məlumat verilmiş, o isə öz növbəsində işə onların iştirakı olmadan baxılmasını və iş üzrə toplanılmış materialların aidiyyati üzə məhkəməyə göndərilməsini xahiş etmişdir. Bundan əlavə iş "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən şirkətin ünvanına gələn mallara dair qısa idxal bəyannaməsinin verilməməsinə səbəb nəqliyyat şirkəti tərəfindən nəqliyyat sənədlərinin vaxtında çatdırılmaması olmuşdur. Bu səbəbdəndə qısa idxal bəyannaməsini mallar gömrük sərhədini keçməzdən əvvəl gömrük orqanına təqdim edə bilməmişik. Son olaraq şirkət barəsində inzibati qaydada protokol tərtib olunaraq aidiyyati üzrə məhkəməyə göndəriləcəyi məlumatı X3 bildirildi. Məhkəmə iclasının yeri və vaxtı barədə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məlumat verilməsinə baxmayaraq həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1063, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN:**********) 12 noyabr 2025-ci il tarixli, 00100-03382/25 saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar