Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2516/2025 05.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Şəxs direktoru X4 və həmin MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 13 noyabr 2025-ci il tarixli, 00100-03407/25 (EP 0170163) nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X5 bildirmişdir ki, qısa idxal bəyannaməsi mal xaricdən alınan zaman yazılır. Ölkə ərazisindən alınan mala qısa idxal bəyannaməsi yazıla bilməz. Yükün Monqolustandan gələrək İrana getməsi nəzərdə tutulmuşdur. İran şirkəti yükdə olan quzu içalatını istəmədiyi üçün həmin quzu içalatı Astarada, yəni ölkə daxilində olduğu vaxt Monqolustan şirkəti tərəfindən ona təklif olunmuşdur. Onun nümayəndəsi olduğu Şəxs MMC Monqolustandan mal gətirən şirkətlə əməkdaşlıq etmişdir. Əvvəllər Şəxs MMC-nin xaricdən gətirdiyi bütün mallarla bağlı Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi yazılmışdır. Sadəcə hazırki yüklə gətirilən malları ölkə daxilindən aldıqlarına görə qısa idxal bəyannaməsinin yazılmasına ehtiyac olmamışdır. Orxan Qocayev verilən suallara cavab olaraq bildirmişdir ki, Monqolustan şirkəti tərəfindən göndərilən malları İran şirkəti qəbul etməkdən imtina etdiyinə görə həmin malları Astara gömrük məntəqəsində qəbul etmişdir. Əvvəllər 4 dəfə ölkə ərazisinə malların idxalları həyata keçirilmiş, hər birində də qisa idxal bəyannaməsi yazılmışdır. Bu dəfə isə malı ölkə xaricindən idxal etmədikləri, Astara gömrük məntəqəsində əldə etdikləri üçün qısa idxal bəyannaməsini yazmamışlar. Şəxs MMC tərəfindən monqolustanı həmin şirkətindən əvvəllər 2 dəfə quyruq idxal edilmişdir. Bu dəfə isə İran şirkəti Monqolustan şirkətinin göndərdiyi 5 ton quzu içalatını istəmədiyi üçün həmin quzu içalatını Astara gömrük məntəqəsindən Şəxs MMC təhvil almışdır. Quzu içalatının Azərbaycan Respublikasına idxalından əvvəl Şəxs MMC-nin bu barədə heç bir məlumatı olmamışdır. Yük Şəxs MMC-nin adına gəlsəydi belə qısa idxal bəyannaməsinin yazılması mümkün olmayacaqdır. Çünki həmin mallar İran şirkəti üçün gəlmişdi. Sonradan qeyd olunan mallar istifadəyə yararsız olduğundan məhv edilmişdir, bu barədə olan məhvetmə aktlarını məhkəməyə təqdim edir. Şəxs MMC-nin direktoru X6 həmin MMC-nin nümayəndəsi X3 izahatında dediklərini təsdiq edərək oxşar izahat vermişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin və direktorunun izahatlarını, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Elektron gömrük xidmətinə olan e-Müraciətdən və Şəxs MMC-nin direktoru X4 Dövlət Gömrük Komitəsinin Astara Gömrük Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətindən görünür ki, Şəxs MMC tərəfindən Astara stansiyasında dayanan 3 ədəd refrijerator vaqonlarda olan yükün boşaldılmasına və rəsmiləşdirmə üçün Bakı Baş Gömrük İdarəsinə göndərilməsinə köməklik edilməsi üçün müraciət edilmişdir. "xxxx" MMC-nin (LLC) Dövlət Gömrük Komitəsinin Astara Gömrük Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətindən görünür ki, Astara stansiyasında dayanan 3 ədəd refrijerator vaqonlarda olan yük "xxxx" MMC və Şəxs MMC arasında bağlanan xx.xx.2025-ci il tarixli 25/01-15 nömrəli müqaviləyə əsasən Şəxs MMC-yə satılmışdır. Vaqonlarda olan yüklərin boşaldılmasına və rəsmiləşdirmə üçün Bakı Baş Gömrük İdarəsinə göndərilməsinə köməklik edilməsi xahiş edilmişdir. Malın çatdırılması və boşaldılması barədə Gömrük Xidmətinin Vahid X1ndən çıxarışdan görünür ki, “**-HC-***” nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş, **********0830, **********0834 və **********0840 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilən 1-ci gömrük bəyannaməsi üzrə dondurulmuş qoyun dili, qoyun ciyəri və qoyun ürəyi doldurulmuş yüklər Azərbaycan Respublikasınnı ərazisinə xx.xx.2025-ci il tarixdə saat 17:36 radələrində daxil olmuşdur. **********0830, **********0834 və **********0840 sorğu nömrəli xx.xx.2025-ci il gömrük bəyannamələrindən görünür ki, malı-qəbul edən/idxalatçı Şəxs MMC-nin ünvanına “**-HC- ***” nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş, həmin gömrük bəyannamələri ilə rəsmiləşdirilən 1-ci gömrük bəyannaməsi üzrə dondurulmuş qoyun dili, qoyun ciyəri və qoyun ürəyi doldurulmuş yüklər Cənubi Astara gömrük postunu keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. “Gömrük Xidmətinin Vahid X1” informasiya resursuna baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC tərəfindən təqdim edilən **********0840 və **********0834 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən malların Azərbaycan Respublikasının Gömrü Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannəməsinin verilib-verilməməsini müəyyən etmək üçün Gömrük Xidmətinin “Vahid X1” informasiya resursuna baxış keçirilmişdir. Baxış zamanı **********0830, **********0834 və **********0840 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən mallar “**-HC-***” nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 17:36 radələrində Cənub-Astara gömrük postunu keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallara dair qısa idxal bəyannaməsi qanunvericiliyin tələblərinə uyğun gömrük orqanına təqdim edilməmişdir. “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli 00100-03407/25 (EP 0170163) nömrəli protokoldan görünür ki, Şəxs MMC tərəfindən mallar gömrük ərazisindən keçməmişdən ən azı 01 (bir) saat əvvəl elektron formada qısa idxal bəyannaməsi verilmədiyinə görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına göndərilmiş və xx.xx.2025-ci il tarixli **********0840, **********0834, **********0830 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl MMC tərəfindən həmin mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin direktoru tərəfindən üç ədəd vaqonda olan yükün götürülməsi barədə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinə müraciət edilmiş, həmçinin "xxxx" MMC-nin (LLC) də Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətindən görünür ki, Astara stansiyasında dayanan 3 ədəd refrijerator vaqonlarda olan yükü "xxxx" MMC və Şəxs MMC arasında bağlanan xx.xx.2025-ci il tarixli 25/01-15 nömrəli müqaviləyə əsasən Şəxs MMC-yə satılmışdır. Vaqonlarda olan yüklərin boşaldılması və rəsmiləşdirmə üçün Bakı Baş Gömrük İdarəsinə göndərilməsinə köməklik edilməsi xahiş edilmişdir. Həmin yüklər xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə gətirilmişdir. Məhkəmə baxışında Şəxs MMC-nin direktorunun və nümayəndəsinin izahatlarına, tədqiq olunan iş materiallarına əsasən, müəyyən edilmişdir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasına gətiriləcək həmin yüklər barədə qabaqcadan məlumatı olmuşdur. Şəxs MMC-nin və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli müraciət məktublarında, digər iş materiallarında qeyd edilmişdir. Hətta Şəxs MMC-nin nümayəndəsi və direktoru izahatlarında bildirmişlər ki, yüklər Azərbaycan Respublikasını ərazisinə həmin MMC-nin adına gəlsəydi belə yenə də yüklərə dair qısa idxal bəyannaməsi tərtib edilməməli idi. Ona görə də, Şəxs MMC-nin nümayəndəsinin və direktorunun Monqolustandan gələn yüklər barədə əvvəlcədən deyil, Azərbaycan Republikasının Cənub-Astara gömrük postuna gəldikdən sonra məlumatlarının olduqları barədə dedikləri Şəxs MMC-nin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməkdən yayınmaq üçün özünü müdafiə etmək istəməsi kimi qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Qaradağ rayon Məhkəməsi vasitəsilə və ya Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2516/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2516/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver