Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2524/2025 25.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X8, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili X7, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-122/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ümumi dəyəri 6740 manat təşkil edən qızıl zinət əşyalarını X2na qaytarmamışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı, ******* saylı, 25 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X13 məhkəmə iclasında bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ümumi dəyəri 6740 manat təşkil edən qızıl zinət əşyalarını X2na qaytarmamışdır. X2 icra vərəqəsi üzrə qızıl zinət əşyalarının Şəxs tam həcmdə tutulmasını tələb edir. Şəxs həmin qətnamə əsasında verilmiş icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X13 məhkəmə iclasında verilən suallara cavab olaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əmlak vəziyyəti yoxlanılarkən, həmin şəxsin adına hər hansı əmlakının olmadığının müəyyən edildiyini bildirmişdir. Həmçinin müdafiəçi X10 tərəfindən verilmiş suallara cavab olaraq aliment işi ilə bağlı şəxs barəsində axtarış elan edilməsini, icraata başlamaq haqqında qərarın elektron icra sistemi vasitəsilə Şəxs əlaqə nömrələrinə göndərdiyini, Şəxs tələbin könüllü icrası barədə bildirişlə bu gün, yəni barəsində inzibati xəta haqqında protokol tərtib olunan xx.xx.2025-ci il tarixdə tanış olub imzalayaraq ad, soyad və ata adını yazdığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, qızıl zinət əşyaları toydan bəri iddiaçı X3r və o gedərkən qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şəxs qeyd edilən nömrələrin ona məxsus olduğunu, SMS bildirişlərin ona çatmadığını, icra məmurunun ona zəng etmədiyini və evə də hər hansı bildirişin gəlmədiyini, qətnamə qəbul edilən son iclasda iştirak etmədiyini, yekun qətnaməni əldə etmədiyini, poçt vasitəsilə də ona göndərilmədiyini, tələbin könüllü icrası barədə bildirişlə bu gün, yəni barəsində inzibati xəta haqqında protokol tərtib olunan xx.xx.2025-ci il tarixdə tanış olub imzaladığını bildirərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. X2 məhkəmə iclasında bildirmişdir ki, cavabdehlə 19 sentyabr 2019-cu ildə rəsmi nikahla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir uşaqları vardır. 28 fevral 2024-cü ildə evdən çıxarılarkən heç nə götürməmiş, bir neçə gün sonra bir-iki dəst paltar götürmək üçün evə getmiş, cavabdehin anası və bacısı 1-2 dəst paltar verərək onu evdən çıxarmışlar. Şəxs qızılları lombarda qoymasından ehtiyat edir. İcra məmuru isə SMS bildirişləri Şəxs göndərmişdir. Sadəcə olaraq Şəxs SMS bildirşlərə məhəl qoymamış, nə barədə olmasını aydınlaşdırmamışdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirişlə məhkəmə iclası keçirilən gün tanış olmuşdur. Tələbin 10 gün könüllü icra müddəti var. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan tələbin könüllü icrası barədə xx.xx.2025-ci il tarixli bildirişin surətində Şəxs öz ad, soyad və ata adını yazaraq imza çəksə də həmin bildirişlə hansı tarixdə tanış olduğunu qeyd etməmişdir. Ona görə də, Z.S.Məmədovun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə protokola məhkəmə iclasında baxılaraq həmin şəxsin tələbin könüllü icrası barədə bildirişlə hansı tarixdə tanış olmasının dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından göründüyü kimi Şəxs tələbin könüllü icrası barədə xx.xx.2025-ci il tarixli bildirişlə məhkəmə iclası keçirilən gün, yəni xx.xx.2025-ci il tarixdə tanış olmuşdur. Buna görə də, Şəxs tələbin könüllü icrası üçün müəyyən edilmiş 10 (on) günlük müddətinin başlanma anı xx.xx.2025-ci il tarixdən götürülməlidir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 101,102.5 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş material Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə geri qaytarılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi və ya alındığı vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Qardağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2524/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2524/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver