Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2527/2025 27.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi ilə, X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏNETDİ: X2 məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, X1 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət rədd edilməli, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. X1 şikayət ərizəsindən də göründüyü kimi, xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol dərhal onun mobil telefonuna göndərilmiş, qərarı isə o, bir neçə gün sonra Qaradağ Rayon Dövlət Yol Polisindən götürmüşdür. Həmin protokolda N.Ə.Ələmov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə yol verdiyi inzibati xəta barədə xx.xx.2025-ci il tarixdə kifayət qədər məlumatlandırılmış, bu barədə məlumat ona mobil telefon proqramı vasitəsilə göndərilmişdir. Bir neçə gün sonra isə N.Ə.Ələmov həmin qərarın surətini götürmüşdür. Mobil telefon proqramı vasitəsilə göndərilən İXP ******* nömrəli protokol barədə məlumatdan da göründüyü kimi, həmin protokolun statusu qərarlıdır, yəni N.Ə.Ələmovun xx.xx.2025-ci il tarixdən etibarən məhkəməyə şikayət vermək hüququ yaranmışdır. Beləliklə də, N.Ə.Ələmovun şikayəti qanunvericiliklə qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 20 günlük prosessual müddətin ötürülməsi ilə verilmiş, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatət şikayətə əlavə edilsə də, həmin vəsatətdə göstərilən gecikmə səbəbini təsdiq edəcək sübut əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunmuş xx.xx.2025ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti rədd edilməli, N.Ə.Ələmovun şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti rədd edilsin, N.Ə.Ələmovun şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2527/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2527/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver