Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2528/2025 22.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qaz çıxarma sahəsinin rəisi Nümayəndə adından onun nümayəndəsi – “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qaz çıxarma sahəsinin işçisi Nümayəndə adından onun nümayəndəsi – “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil şikayətlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin 27 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin 27 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin tələblərinin pozulmasında təqsirli bilinərək vəzifəli şəxs kimi 2500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərarı Nümayəndə bu günə qədər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsindən əldə edə bilməmişdir. Vəkil olaraq tərəfindən xx.xx.2025-ci il tarixdə qərarın təqdim edilməsi ilə bağlı müvafiq müraciət edilmişdir (çatmasını təsdiq edən poçt qəbzi ilə birlikdə şikayətə əlavə edilir). Lakin bu günə qədər qərar ona göndərilməmişdir. Qaynar xətlə əlaqə saxladıqdan sonra telefonla guya cavab məktubunun göndərildiyinin bildirilməsinə baxmyaraq, hələ də məktubu almamışdır. Eyni zamanda T.Baxşaliyev də şəxsən ərizə ilə xx.xx.2025-ci il tarixdə 11 X6 və Təbii Sərvətlər İdarəsinə müraciət etmiş, cavab almadığı üçün şəxsən xx.xx.2025-ci il tarixdə idarəyə getmişdir. Orada işçilər tərəfindən ona müşayiətedici cavab məktubu təqdim edilmədən iki ədəd poçt çatdırılma qəbzi (xəbərnamə) təqdim edilib bildirilmişdir ki, guya sözügedən qərar ona çatdırılmışdır. Yenə də qərarın surəti vətəndaşa təqdim edilməmişdir. İdarənin işçisi tərəfindən verilmiş poçt qəbzlərindən birində guya məktubun xx.xx.2025-ci il tarixdə Həmidə Həmzəzadə tərəfindən şəxsən, digərinin isə xx.xx.2025-ci il tarixdə Tural Baxşaliyev tərəfindən şəxsən alındığı qeyd olunmuşdur. Halbuki, Tural Baxşaliyevə heç bir məktub (qərar) təqdim edilməmişdir. Tural Baxşaliyevin qəbul etdiyi göstərilən xəbərnamədə olan imza da Tural Baxşaliyevin imzası deyildir. "Baxşəliyev Tural" sözləri Tural Baxşaliyev tərəfindən yazılmamışdır. Ən azı Tural Baxşaliyev öz soyadını səhv yazmazdı. Belə ki, onun soyadı "Baxşaliyev" olduğu halda xəbərnamədə "Baxşəliyev" yazılmışdır. X8 digər sənədlərdəki və şəxsiyyət vəsiqəsindəki imzalarla tutuşdurularsa, çox aydın görünür ki, həmin imza T.Baxşəliyev tərəfindən icra olunmamışdır. Bununla belə işin tam və obyektiv araşdırılması üçün bu halın müəyyən edilməsi ilə bağlı əlyazma ekspertizasının (qrafoloji ekspertiza) keçirilməsi məqsədəmüvafiqdir. Əldə edə bildiyi sənədlərlə müvafiq şikayətlə məhkəməyə müraciət etsələr də, Qaradağ Rayon Məhkəməsinin qərardadı ilə inzibati xəta haqqında qərarın sənədlərə əlavə edilməməsi səbəbindən sənədlər onlara geri qaytarıldığından və qərarı idarədən əldə edə bilmədiklərindən, T.Baxşəliyev xx.xx.2025-ci il tarixdə idarədə ona qərar təqdim edilmədikdən sonra yenidən icra şöbəsinə gedib iş materialları ilə tanış olmuş və qərarın fotosunu çəkmişdir (ərizəyə əlavə edilir). Bütün bunları məhkəmənin diqqətinə çatdırmaqda məqsədləri ondan ibarətdir ki, əgər qərar onlara təqdim edilsəydi, ilk dəfə məhkəməyə müraciət edərkən həmin qərarı sənədlərə əlavə edərdilər. Bu hallar faktiki halların düzgün qiymətləndirilib hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməklə bağlı işin icraata götürülməsi üçün nəzərə alınmalıdır. Bir daha qeyd edirlər ki, Nümayəndə ancaq xx.xx.2025-ci il tarixdə Qaradağ rayon İcra şöbəsinin icra məmuru İlkin Məmmədovun eyni - xx.xx.2025-ci il tarixli "icraata başlamaq" haqqında qərarını alarkən barəsində sözügedən qərarın çıxarıldığından xəbər tutmuşdur və ancaq "icraata başlamaq" haqqında qərarla tanış edilmişdir (maraqlıdır, xx.xx.2025-ci il tarixli qərar nə üçün xx.xx.2025-ci il tarixdə icra məmuruna təqdim edilir). Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Nümayəndə həmin iş üzrə "Azneft" İB-nin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin vəzifəli şəxsi kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin tələblərinin pozulmasına görə məsuliyyətə cəlb edilmiş və 2500 manat məbləğində cərimə edilmişdir. Halbuki, Nümayəndə vəzifəli şəxs deyil, buna görə də göstərilən maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İkinci əsas səbəb isə ondan ibarətdir ki, artıq eyni "inzibati xəta" hadisəsi ilə bağlı digər protokolla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsi xx.xx.2025-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1221/2025 saylı xx.xx.2025-ci il qərarı ilə iş üzrə hərəkətlərdə (əməldə) inzibati xəta tərkibinin olmadığı müəyyən edilmiş, həmin qərardan apellyasiya şikayəti belə verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Necə olur ki, protokola məhkəmədə baxıldığı müddətdə idarə eyni hadisə ilə bağlı digər protokol əsasında Nümayəndə barəsində cərimə barədə qərar çıxarır və həmin qərar ancaq 2025-ci ilin oktyabr ayında icraya yönləndirilir. İşin mahiyyətinə gəlincə isə qeyd ediriki ki, SOCAR "Azneft" İB 24 aprel 2025-ci il tarixdə 14-2-1/2-640/2025 saylı məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Agentliyinin İdarə heyətinin sədrinə müraciət edərək, cari ilin 15, 16, 17 aprel tarixlərində ölkə ərazisində müşahidə edilən güclü leysan xarakterli yağışların aramsız yağması səbəbindən "Azneft" İB-nin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsi Buta sahəsində yerləşən 1 saylı neft və qaz çıxarma sahəsində yerləşən quyuların, neft yığım məntəqəsi, elektrik paylayıcı qovşaq və digər infrastrukturun su altında qalması, nəticədə təqribən 100-dən çox quyunun fəaliyyətinin dayandırıldığı, bunun da öz növbəsində NQÇİ üzrə neft-qaz əməliyyatlarının aparılmasında ciddi çətinliklər yaratdığı, NQÇİ-nin istehsalat sahələrinə yaxın ərazilərdə yaranmış göllərin daşması və torpaq sahələrinin getdikcə artdığı, təcili və təxirəsalınmaz tədbirlər görülməsə, NQÇİ-nin Buta ərazisində neft-qaz istismarı sahələrinin tamamilə su altında qalacağı və su altında qalmış neft-qaz infrastrukturunun bərpasının yaxın zamanlarda mümkün olmayacağı bildirilmiş və bunların nəzərə alınaraq baş vermiş real sel hadisəsi nəticəsində Ə.C.Əmirov adına NQÇİ-nin su altında qalmış istehsalat sahələrində neft-qaz əməliyyatlarının bərpası, su altında qalmış neft-qaz infrastrukturu sahələrinin genişlənməsinin qarşısının alınması məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 238 nömrəli Qərarının 1.2-ci bəndinin tələblərinə uyğun olaraq, NQÇİ-nin istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları çərçivəsində zəruri ehtiyacların qarşılanması üçün torpaqlama işlərinin aparılmasına icazə verilməsi xahiş olunmuşdur. Həmin məktuba cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Ağentliyi xx.xx.2025-ci il tarixli 3-14-22/2-774/2025 saylı məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli qərarı ilə təsdiq edilmiş "Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları"na əsasən, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan yayılmış faydalı qazıntıların çıxarılması işlərini Qaydaların tələblərinə müvafiq şəkildə həyata keçirə bilərlər. Alternativ olaraq, qanunvericiliyin tələblərinə müvafiq qaydada fəaliyyət göstərən karxana ərazilərində formalaşan tullantılar müqavilə əsasında qeyd olunan məqsədlər üçün istifadə oluna bilər. Nəzərə alınmağı xahiş olunmuşdur. NQÇİ öz əraziləri hüdudlarında təxirəsalınmaz tədbirlər görmək məcburiyyətində qalmış və bunu etmişdir. Yuxarıda göstərilənlərə əsasən, "Azneft" İB-nin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin işçisi Nümayəndə hərəkətlərində inzibati xəta tərkibi yoxdur, Nümayəndə vəzifəli şəxs deyildir, ümumiyyətlə inzibati xəta hadisəsi baş verməmişdir. Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) işçisi barəsində vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilmə barədə İdarə tərəfindən tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə ziddir. Sadalanan xüsusatları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin neft və qaz çıxarma sahəsinin işçisi Nümayəndə vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İXM-nin 228-ci maddələrinin tələblərinin pozulmasına görə 2500 manat cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, Nümayəndə barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, idarə tərəfindən təqdim edilmiş guya mübahisələndirilən qərarın şəxsən Nümayəndə tərəfindən alınmasına dair poçt qəbzində (xəbərnamə) olan imzanın Nümayəndə tərəfindən icra edilib-edilməməsi ilə bağlı əlyazma ekspertizası (qrafoloji ekspertiza) keçirilməsi təmin edilməlidir. Nümayəndə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi – “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron məhkəmə informasiya sistemində olan elektron kabineti vasitəsilə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını bildirmiş, şikayətin və ekspertiza təyin olunması ilə bağlı vəsatətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində 12 regional idarə vardır. Bu baxımdan “AZNEFT” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və “AZNEFT” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı neft və Qaz Çıxarma sahəsinin rəisi Nümayəndə barəsində Azərbaycan Respublikasının İXM-nin 228ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolların eyni gündə tərtib olunmasına baxmayaraq həmin protokolların arasında 511 nömrə fərqi ola bilər. Digər 11 regional idarəyə də inzibati xəta haqqında protokollar təqdim edildiyindən, onlara yenidən gələn həmin protokol nömrələri ilə əvvəllər tərtib olunmuş protokol nömrələri arasında fərq ola bilər. Yəni eyni gündə Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin barəsində MN ******* nömrəli protokoldan sonra 511 nömrə fərqi ilə T.K.Baxşəliyevin barəsində MN ******* nömrəli protokolun tərtib olunması mümkündür. Qazıntı işləri həyata keçirilirsə idarə tərəfindən yerin təkindən istifadə ilə bağlı nəzarət həyata keçirilir. Keçirilən baxış nəticəsində sənədlər yerində deyilsə şəxs barəsində protokol tərtib edilir. Qarşı tərəfin təqdim etdiyi sənədlər məsuliyyətdən yayınmaq məqsədi güdür. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarın icraya gec göndərilməsi İcra və Probasiya şöbəsi ilə əlaqədardır. Beləliklə, Nümayəndə “Yerin təkindən istifadə haqqında” Qanunun tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən, məhkəmədən ədalətli qərar verilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasında iştirak etməyən, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı neft və Qaz Çıxarma sahəsinin rəisi Nümayəndəsi – “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Nümayəndə barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmiş və Nümayəndə Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə edilmişdir. Nümayəndə xx.xx.2025-ci il tarixli qərardan yalnız Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsində xx.xx.2025-ci il tarixdə icra sənədinin icraata götürülməsi haqqında qərar qəbul edildiyi vaxt xəbərdar olmuşdur. xx.xx.2025-ci il tarixli qərarın götürülməsi üçün 11 X6 və Təbii Sərvətlər İdarəsinə sorğu verilsə də qərar onlara təqdim edilməmişdir. Qərarın təqdim edildiyi barədə qəbz olsa da həmin qəbzdəki imza Nümayəndə imzası olmamışdır. Qərarın təqdim edildiyi barədə ümumilikdə iki poçt qəbzi, yəni xəbərnamə vardır. Digər qəbzdə qərarın Nümayəndə əvəzinə baxşa şəxsin götürdüyü qeyd edilmişdir. Nümayəndə vəzifəli şəxs sayılmır. Nümayəndə “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı neft və Qaz Çıxarma sahəsinin rəisi kimi vəzifə təlimatını təqdim edilmişdir. Nümayəndə əməlində inzibati xəta tərkibi yoxdur. xx.xx.2025-ci il tarixli qərarın surətini müvafiq orqandan əldə edə bilmədikləri üçün həmin qərarı Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsində şəklini çəkməklə əldə edə bilmişlər. Buna görə də, xx.xx.2025-ci il tarixli qərarın şəklini iş materiallarına əlavə etmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin tərkibinin olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmçinin iş materiallarında olan hər iki poçt çatdırılma qəbzində (xəbərnamədə) yazılar və imzalar ilə əlaqədar əlyazma ekspertizasının (qrafoloji ekspertizanın) keçirilməsini istəmişdir. Eləcə də, Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolla Nümayəndə barəsində tərtib edilən MN ******* nömrəli protokolun nömrələri arasında kifayət qədər böyük fərq vardır. Bütün bunlara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respulikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi – müfəttişi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Lökbatan-Puta yolunun sağ və sol hissəsində “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı NQÇS-nin ərazisində görülən işlər zamanı qarışıq süxur kütləsinin icazə olmadan yerin təkindən istifadə edərək daşınması nəticəsində “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı NQÇS-nin rəisi Nümayəndə tərəfndən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qaz çıxarma sahəsinin işçisi Nümayəndə Qaradağ rayonu, Puta qəsəbəsi, Lökbatan-Puta yolunun sağ və sol hissəsində “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına NQÇİ-nin 1 saylı NQÇS-nin ərazisində görülən işlər zamanı qarışıq süxur kütləsini icazə olmadan yerin təkindən istifadə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Nümayəndə barəsində olan xx.xx.2025-ci il tarixli qərar xx.xx.2025-ci il tarixdə Qaradağ Rayon İcra Şöbəsinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respulikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi – müfəttişi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Lökbatan-Puta yolunun sağ və sol hissəsində “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı NQÇS-nin ərazisində görülən işlər zamanı qarışıq süxur kütləsinin icazə olmadan yerin təkindən istifadə edərək daşınması nəticəsində “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(002)-1221/2025 nömrəli qərarından görünür ki, Azərbayan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icrata xitam verilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək və tərəflərin izahatını araşdıraraq hesab edir ki, şikayət qismən edilməli, Nümayəndə barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin 27 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli, iş yenidən baxılması üçün səlahiyyətli orqana geri göndərilməlidir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı neft və Qaz Çıxarma sahəsinin işçisi Nümayəndə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati tənbehvermə haqqında qərar tərtib edilmiş və həmin maddə əsasında şəxs 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Lakin inzibati xəta haqqında iş üzrə araşdırma aparılarkən Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinin tələbləri pozulmuş, yəni iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir. Protokol tərtib edilərkən və inzibati məsuliyyət tədbiri tətbiq olunarkən Baxşəliyev Tural tərəfindən istifadə edildiyi iddia olunan torpaq sahəsinin hüquqi statusu müəyyən edilməmiş, həmin sahənin “Azneft” İstehsalat Birliyinin balansında olub-olmaması məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsi tərəfindən araşdırılmamışdır. Halbuki torpaq sahəsinin balans mənsubiyyəti və istifadə hüququ inzibati xəta tərkibinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bu hal aydınlaşdırılmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsini həll etmək mümkün deyildir. Torpaq sahəsinin “Azneft” İB-nin balansında olması ehtimalı nəzərə alındıqda, həmin ərazidə aparılan fəaliyyətə görə məsuliyyətin bilavasitə torpaq üzərində hüquqları olan subyektin üzərinə düşməsi məsələsinə hüquqi qiymət vermək mümkündür. Bu isə inzibati xəta subyektinin düzgün müəyyən edilmədiyini göstərir. İş materiallarında şəxsin həmin torpaq sahəsində fəaliyyət göstərmək hüququnu təsdiq edən hər hansı çıxarış, icarə və ya istifadə müqaviləsi, habelə torpaq sahəsinin balans mənsubiyyətini təsdiq edən rəsmi sənəd mövcud deyildir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsi tərəfindən torpaq sahəsinin “Azneft” İstehsalat Birliyinin balansında olub-olmasının yoxlanılması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 müvafiq mütəxəssislərinin iştirakı ilə qazıntı işləri aparılan torpaq sahəsinə baxış keçirilməmiş və həmin torpaq sahəsinin koordinatları müəyyən edilməmişdir. Eyni zamanda, inzibati xəta üzrə sübutlar yetərli və etibarlı olmamış, inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri tam sübuta yetirilməmişdir. Torpaq sahəsinin hüquqi statusu müəyyən edilmədən xətanın mahiyyətinin düzgün təsviri mümkün olmadığından, qərar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş və sübut kimi etibarlılığını itirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə” Qaydalarının 1.1-ci hissəsində göstərilmişdir ki, bu Qaydalar “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına əsasən hazırlanmışdır və torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasının və yeraltı qurğuların tikintisinin, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasının və istismarının aparılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci hissəsində göstərilmişdir ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Qeyd etmək lazımdır ki, Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qaz çıxarma sahəsinin rəisi Nümayəndəsi – “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil şikayət ərizəsində bildirmişdir ki, SOCAR "Azneft" İB 24 aprel 2025-ci il tarixdə 14-2-1/2- 640/2025 saylı məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Agentliyinin İdarə heyətinin sədrinə müraciət edərək, cari ilin 15, 16, 17 aprel tarixlərində ölkə ərazisində müşahidə edilən güclü leysan xarakterli yağışların aramsız yağması səbəbindən "Azneft" İB-nin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsi Buta sahəsində yerləşən 1 saylı neft və Qaz Çıxarma sahəsində yerləşən quyuların, neft yığım məntəqəsi, elektrik paylayıcı qovşaq və digər infrastrukturun su altında qalması, nəticədə təqribən 100-dən çox quyunun fəaliyyətinin dayandırıldığı, bunun da öz növbəsində NQÇİ üzrə neft-qaz əməliyyatlarının aparılmasında ciddi çətinliklər yaratdığı, NQÇİ-nin istehsalat sahələrinə yaxın ərazilərdə yaranmış göllərin daşması və torpaq sahələrinin getdikcə artdığı, təcili və təxirəsalınmaz tədbirlər görülməsə, NQÇİ-nin Buta ərazisində neft-qaz istismarı sahələrinin tamamilə su altında qalacağı və su altında qalmış neft-qaz infrastrukturunun bərpasının yaxın zamanlarda mümkün olmayacağı bildirilmiş və bunların nəzərə alınaraq baş vermiş real sel hadisəsi nəticəsində Ə.C.Əmirov adına NQÇİ-nin su altında qalmış istehsalat sahələrində neft-qaz əməliyyatlarının bərpası, su altında qalmış neft-qaz infrastrukturu sahələrinin genişlənməsinin qarşısının alınması məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 238 nömrəli Qərarının 1.2-ci bəndinin tələblərinə uyğun olaraq, NQÇİ-nin istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları çərçivəsində zəruri ehtiyacların qarşılanması üçün torpaqlama işlərinin aparılmasına icazə verilməsi xahiş olunmuşdur. Həmin məktuba cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Agentliyi xx.xx.2025-ci il tarixli 3-14-22/2-774/2025 saylı məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli qərarı ilə təsdiq edilmiş "Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları"na əsasən, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan yayılmış faydalı qazıntıların çıxarılması işlərini Qaydaların tələblərinə müvafiq şəkildə həyata keçirə bilərlər. Alternativ olaraq, qanunvericiliyin tələblərinə müvafiq qaydada fəaliyyət göstərən karxana ərazilərində formalaşan tullantılar müqavilə əsasında qeyd olunan məqsədlər üçün istifadə oluna bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən "Azneft" İB-nin 24 aprel 2025-ci il tarixdə 14-2-1/2-640/2025 saylı məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Agentliyinin İdarə heyətinin sədrinə müraciət edib-etməməsi, həmin Agentliyin "Azneft" İB-nə cavab verib-verməməsi, müsbət halda verilmiş cavabın hansı məzmunda olması araşdırılmamışdır. Bundan başqa, məhkəmə iclası zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində 12 regional idarə vardır. Buna görə də, “AZNEFT” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və “AZNEFT” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin 1 saylı neft və qaz çıxarma sahəsinin rəisi Nümayəndə barəsində Azərbaycan Respublikasının İXM-nin 228ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolların eyni gündə tərtib olunmasına baxmayaraq həmin protokolların arasında 511 nömrə fərqinin olması mümkündür. Digər 11 regional idarəyə də inzibati xəta haqqında protokollar təqdim edildiyindən, onlara yenidən gələn həmin protokol nömrələri ilə əvvəllər tərtib olunmuş protokol nömrələri arasında fərq ola bilir. Yəni eyni gündə Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin barəsində MN ******* nömrəli protokoldan sonra 511 nömrə fərqi ilə T.K.Baxşəliyevin barəsində MN ******* nömrəli protokolun tərtib oluması mümkündür. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin barəsində olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol və T.K.Baxşəliyevin barəsində olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin eyni əməkdaşı tərəfindən, yəni həmin idarənin baş məsləhətçi müfəttişi X7 tərəfindən tərtib edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində 12 regional idarənin olduğunu, inzibati xəta haqqında protokolların digər 11 idarə arasında bölündüyünü bildirmiş, buna görə də, MN ******* və MN ******* nömrələrinin arasında 511 nömrə fərqi yaranmışdır. İnzibati xəta haqqında protokolların blanklarının ciddi hesabat sənədi olmaqla protokolun nömrələrinin mətbəə üsulu ilə qabacadan qeyd edilməsinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 idarəsi arasında bölüşdürülməsinə baxmayaraq, MN ******* və MN ******* nömrələrinin arasında 511 nömrə fərqinin yaranması anlaşılan deyildir. Həmçinin məhkəmə iclasında tədqiq olunması üçün inzibati xəta haqqında protokolların qeydiyyatı kitabı da məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Nümayəndə barəsində Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə tərtib edilən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icraya gec göndərilməsinin səbəbləri məlum deyildir. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2025-ci il tarixdə icraata götürülmüşdür. Bundan sonra tələbin 10 gün müddətində könüllü icrası haqqında Nümayəndə bildiriş göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi bunu səbəbini icra və probasiya şöbəsi ilə əlaqədar olduğunu izah etmişdir. Nümnayəndənin dediklərindən fərqli olaraq, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan T.K.Baxşəliyevin 10 gün müddətində şikayət vermək hüququnun olması nəzərə alınarsa, həmin qərarın təxminən 5 aya yaxın müddət ərzində icraya yönəldilməməsinin səbəbləri məlum deyildir. Beləliklə, inzibati xəta haqqında iş üzrə aparılmış araşdırmanın natamam olması, inzibati xəta subyektinin düzgün müəyyən edilib-edilməməsi və inzibati xəta tərkibinin sübuta yetirilməməsi nəticəsində Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi üzrə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsasların mövcud olmadığı qənaətinə gəlinir. Bundan başqa məhkəmə araşdırması zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin təqdim etdiyi etirazların əsassız olmasına dair qarşı tərəf hər hansı bir mötəbər sübut və ya dəlil təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev tərəfindən vəsatət verilərək, həmin idarə tərəfindən Nümayəndə barəsində tərtib edilmiş 27 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verimiş şikayətin icraata qəbulunun mümkünsüz, həmçinin qanunsuz və əsassız olduğundan rədd edilməsi xahiş edilmişdir. Həmin vəsatət Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Lakin qeyd etmək lazımdır ki, Nümayəndə məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi üçün həmin şəxsin şikayəti məhkəmə tərəfindən icraata götürülmüş, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə məhkəmə iclasları keçirilmiş, iş materialları və tərəflərin təqdim ediyi sübutlar məhkəmə iclaslarında tədqiq edilmiş, tərəflərin izahatları dinlənilmişdir. Buna görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Bundan əlavə, məhkəmə şikayət verən şəxs Nümayəndəsi – “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən ekspertiza təyin olunması ilə bağlı vəsatətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən şikayətin verilmə müddəti ilə bağlı məsələninin mübahisələndirilməsinə əsaslar müəyyən edilmədiyindən işə mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. Çünki məhkəmə həmin şikayəti icraata qəbul edib məhkəmə iclasında baxaraq yekun qərar qəbul etmişdir. Odur ki, Nümayəndəsi – “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən poçt qəbzində (xəbərnamədə) yazı və imzalar ilə əlaqədar əlyazma ekspertizasının (qrafoloji ekseprtizanın) təyin olunmasına dair vəsatəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-131, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin neft və qaz çıxarma sahəsinin rəisi Nümayəndəsi – “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil poçt qəbzində (xəbərnamədə) yazı və imzalar ilə əlaqədar əlyazma ekspertizasının (qrafoloji ekseprtizanın) təyin olunmasına dair vəsatəti təmin edilməsin. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin neft və qaz çıxarma sahəsinin rəisi Nümayəndə şikayəti qismən təmin edilsin. Nümayəndə Azərbaycan Respublikası İXM-in 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2528/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2528/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver