Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2532/2025 16.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin nümayəndəsi kapitan X2, Şikayət vermiş şəxs X1 iştirakları ilə, SHXÇDX-nin Qaradağ rayon İdarəsi tərəfindən qəbul edilmiş 07 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan X3 ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsi tərəfindən onun adına yazılan xx.xx.2025-ci il tarixili MN1308213 inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, hər il ad gününə yaxın vaxtda ailə üzvünə (atasına) SHXÇDX-nin Qaradağ rayon İdarəsinə arayış təqdim edilməsi ilə bağlı zəng gəlir. Lakin bu il onlara heç bir bildiriş, xəbərdarlıq edilmədən haqqında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, təqsirli olmadığına görə barəsində qəbul edilmiş 07 noyabr 2025-ci il tarixli M№1308213 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən SHXÇDX-nin Qaradağ rayon İdarəsinin nümayəndəsi kapitan X4 öz izahatında verilmiş şikayəti qəbul etməyərək göstərmişdir ki, möhlət hüququ bitməmiş arayış təqdim edilməli idi. Vətəndaşların SHXÇDX-nin Qaradağ rayon İdarəsinə yaxınlaşması barədə yaradılmış elektron kabinetlərə bildiriş yerləşdirilir. Odur ki, yazılmış protokolu müdafiə edərək şikjayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, SHXÇDX-nin Qaradağ rayon İdarəsinin 07 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 07 noyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 üzürlü səbəb olmadan SHXÇDX-nin Qaradağ rayon İdarəsinə gəlmədiyinə görə İXM 606.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi qeyd olunan inzibati pozuntu ilə əlaqədar şəxsin təqsirli bilinməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı yanlız şikayət vermiş şəxsin təqdim etdiyi sübutlar əsasında onun qeyd olunan inzibati iş üzrə təqsirli bilinib-bilinməməsinə dair obyektiv yekun nəticəyə gəlmək mümkün deyildir. Belə ki, məhkəmə araşdırması zamanı çağırışçı X1 SHXÇDX-nin Qaradağ rayon İdarəsinə çağırılmasını, o cümlədən bu barədə ona hər hansı bilidirişin göndərilməsini təstiq edə biləcək heç bir sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 fevral 2023-cü il tarixli Qərararında göstərilir ki, hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan göstərilmiş müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 12.4cü maddəsində göstərilmişdir ki, Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası SHXÇDX-nin Qaradağ rayon İdarəsinin 07 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası SHXÇDX-nin Qaradağ rayon İdarəsinin 07 noyabr 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2532/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2532/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver