Məhkəmə qərarları › İş №3(002)-2533/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2533/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2533/2024 27.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X8, borclu Şəxs barəsində protokol tərtib edərək, Masallı rayon Məhkəməsinin 2(050)-408/2014 saylı, 24 fevral 2014-cü il tarixli icra vərəqəsini və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2721/2018 saylı, 28 avqust 2018-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X8 izahat verərək bildirmişdir ki, Masallı rayon Məhkəməsinin 2(050)-408/2014 saylı, 24 fevral 2014-cü il tarixli icra vərəqəsinə əsasən 21 yanvar 2014-cü il tarixdən başlayaraq cavabdeh Şəxs 06 aprel 2007-ci il ildə Bakı şəhərində doğulmuş X3, 18 oktyabr 2008-ci ildə Bakı şəhərində doğulmuş X5 və 27 yanvar 2011-ci ildə Masallı şəhərində doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmsı üçün hər ay bir uşağa görə 103 manat olmaqla üç uşaq üçün 309 manat sabit pul mənləğində alimentin tutulub X2 ödənilməsi qət edilmişdir. 16 sentyabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrası haqında bildirişlə borclu Şəxs göndərilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2721/2018 saylı, 28 avqust 2018-ci il tarixli icra sənədinə əsasən 01 may 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad rayon Məhkəməsinin 16 aprel 2015-ci il tarixli 2(056)-319/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Şəxs X1 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 26 oktyabr 2018ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(002)- 2721/2018 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Hər iki icra vərəqi “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” 27 avqust 2024-cü qərarla ümumi icraatda birləşdirilmişdir. Borclunun Masallı rayon Məhkəməsinin 2(050)-408/2014 saylı, 24 fevral 2014-cü il tarixli icra vərəqəsi üzrə bu günə 10000 (on min) manat, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2721/2018 saylı, 28 avqust 2018-ci il tarixli icra vərəqi üzrə isə 5300 manat borcu vardır. Borclu bu yaxınlaradək "xxxx" MMC-də mühafizədə işləməklə Masallı rayon Məhkəməsinin 2(050)-408/2014 saylı, 24 fevral 2014-cü il tarixli icra vərəqəsi maaşına yönəldilmiş, həmin icra vərəqi üzrə aylıq maaşından 200 azn tutulmuşdur. Borclu bu yaxınlarda "xxxx" MMC-də işləməyə başlamış, həmin iş yeri üzrə hələ ki, icra vərəqi əmək haqqına yönəldilməmişdir. İcra məmuru daha sonra öz izahatında tələbkarlarının müvafiq olaraq Masallı və Sabirabad rayonlarında olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiklərini, lakin onlarla telefon danışığı zamanı borcunun tam ödənilməsini tələb etdiklərini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd etmişdir ki, icra vərəqələrindən məlumatı vardır. Əvvəllər "xxxx" MMC-də mühafizədə işləmiş, Masallı rayon Məhkəməsinin 2(050)-408/2014 saylı, 24 fevral 2014-cü il tarixli icra vərəqəsi maaşına yönəldilmiş, həmin icra vərəqi üzrə aylıq maaşından 200 azn tutulmuşdur. Bu yaxınlarda "xxxx" MMC-də işləməyə başlamışdır. Şərait yaradılacağı təqdirdə Masallı rayon Məhkəməsinin 2(050)-408/2014 saylı, 24 fevral 2014-cü il tarixli icra vərəqəsi üzrə tələbkara növbəti aydan etibarən hər ay 450 manat ödəməyi öhdəsinə götürür. Barəsində ən ağır inzibati tənbeh tədbiri olan həbsin seçiləcəyi təqdirdə hazırki işindən çıxarılacağını və yenidən aliment borclarını ödməkdə çətinlik çəkəcəyini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədlərini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 27 avqust 2024-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnamələri icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borc ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən, saat 17:35-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar