Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2539/2025 28.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 38-ci polis şöbəsinin sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, müəyyənetdi: İş materiallarından görünür ki, Şəxs 03 noyabr 2025-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi dəniz kənarı ərazidə narkotik vasitədən istifadə etmiş, narkotik vasitələr qəbul edib-etməməsini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan MET (+) qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı fakt üzrə Qaradağ Rayon Polis İdarəsi 38-ci polis şöbəsinin sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis şöbəsinin sahə rəisi, polis mayoru X5 bildirmişdir ki, Şəxs 03 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi dəniz kənarı ərazidə psixotrop maddədən istifadə etmişdir. Bütün bunlara əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, yuxarıda göstərilən ünvanda tək yaşayır. 4 il bundan əvvəl narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə edir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi dəniz kənarında olarkən yerdən bir büküm metamfetamin taparaq onu istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə isə İlham adlı şəxs ilə Sahil qəsəbəsi, M.Seyidov küçəsində olarkən içkili olduğundan ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman əraziyə gələn polis əməkdaşları onu 38-ci PŞ-nə dəvət etmişdir. Uzun müddət işsiz olduğunu, yenicə iş tapdığını qeyd edərək həbslə bağlı olmayan, yəni cərimə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X1 verilmiş “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli 4313 nömrəli aktından görünür ki, Şəxs sidiyində MET (+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 7451 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2021-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AZA 011423 seriya və nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində inzibati qaydada tutulmuşdur və xx.xx.2025-ci il tarixdə saat 10:00-da azad edilmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, topanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, çıxarılmış qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən inzibati xəta üzrə təsir tədbirlərinin görülməsi üçün Qaradağ RPİ-nin 38-ci PB-nə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətaya görə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Şəxs tutulduğu 27 noyabr 2025-ci il tarixdə saat 21:30-dan 28 noyabr 10:00-a qədər olan 01 (bir) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 14 (on dörd) gün müddətinə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 28 noyabr 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2539/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2539/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver