Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2543/2025 22.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Şikayət verən şəxs X2 etibarnamə üzrə nümayəndəsi X3, Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nin X8 üzrə baş inspektoru, polis kapitanı X1 iştirakları ilə X2, DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli, EQ 31285751 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X5 şikayətlə ünvan 2əsinə müraciət edərək inzibati qaydada cərimə edilməsinə dair 13 oktyabr 2025-ci il tarixli, EQ 31285751 saylı protokolun araşdırılıb ləğv edilməsini xahiş etmişdir. X5 şikayətində bildirmişdir ki, Qaradağ rayonu 139 nömrəli məktəbin qarşısında evə gedərkən onun idarə etdiyi ** VD *** nömrə nişanlı avtomobilinə haqsız yerə cərimə tətbiq olunub. xx.xx.2025- ci il tarixdə EQ 31285751 saylı protokolda 80 (AZN) manat cərimə və 2 bal cərimə tətbiq olunub. Odur ki, EQ 31285751 saylı protokolun araşdırılıb ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi X6 öz izahatında şikayəti müdafiə edərək bildirmişdir ki, 13 oktyabr 2025-ci il tarixdə uşağını bağçadan götürmək üçün Lökbatanda yerləşən 139 nömrəli məktəbin qarşısından keçib bağçaya dönmək istəyərkən qarşıda dava-dalaş olduğunu və yolun bağlı olduğunu görmüşdür. Ona görə də məcbur olub dayanmış və dönmə işığını yandırmış, lakin yol bağlı olduğu üçün dönə bilməmişdir. Arxadakı maşın siqnal versə də o pəncərədən əl ilə işarə edərək getməyin mümkün olmadığını bildirmişdir. Bu zaman “jek”in işçiləri də ona yaxınlaşaraq maşını arxaya verməsini xahiş etmişlər. Çünki qarşıda olan maşınlar bir-birinə yol vermirdilər. O da məcbur olaraq dönmə işığını yandıraraq yolun açılmasını gözləmişdir. Yəni yolun hərəkət hissəsində dayanması onun təqsiri üzündən baş verməmişdir. Odur ki şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin X8 üzrə baş inspektoru, polis kapitanı X4 öz izahatında verilmiş şikayəti qəbul etməyərək göstərmişdir ki, hadisənin görüntüsünü əks etdirən videogörüntüdən də aydın olur ki, bir maşın ora girəcəyi qədər məsafə var. Yəni vətəndaş bildirdiyi kimi küçəyə dönə bilməyəcəyi təqdirdə düzünə hərəkət edərək yolda hərəkət edən avtomobillərin tıxac yaratmasına səbəb olmamalı idi. Odur ki qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə şikayəti, iş materiallarını tərəflərin izahatını və hadisənin videogörüntüsünü araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 oktyabr 2025-ci il tarixli EQ 31285751 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 13 oktyabr 2025-ci il tarixdə, saat 17:18 radələrində Lökbatan qəsəbəsində idarə etdiyi "Chevrolet Cruze minik" markalı, ** VD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuş və 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışı zamanı təqdim edilmiş videogörüntüdən də aydın olur ki, qeyd olunan avtomobil dayanma-durma qadağan olunan sahədə, yolun hərəkət hissəsində dayanaraq digər avtomobillərin hərəkətinə mane yaratmaqla tıxaca səbəb olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli EQ 31285751 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2543/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2543/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver