Məhkəmə qərarları › İş №3(002)-255/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-255/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-255/2021 25.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlu, X2, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli və xx xxxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli eletron qərarlardan verdiyi şikayətə işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında faktiki yaşayan X1 rayon Məhkəməsinə ərizə ilə müraciət edərək barəsində Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli və xx xxxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli eletron qərarların ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 3(004)- 245/2021 saylı qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, daxil olmuş materialı nəzərdən keçirərək hesab edir ki, inzibati materiala Yasamal rayon Məhkəməsində baxılmalıdır. Buna görə də ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün inzibati material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə Sistemi”dən çıxarışdan görünür ki, X3 ünvan 2 mənzil 13 ünvanında qeydiyyatda olsa da, şikayət ərizəsində X3 faktiki yaşayış ünvanı kimi ünvan 1 ünvanını göstərmişdir. Bundan başqa iş materiallarından aydın olur ki, istinad olunan inzibati xəta hadisəsi Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisində baş vermişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırki inzibati materialdan aydın olur ki, şikayət verən şəxsin faktiki yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşir. Şikayət verən şəxsin qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Qaradağ rayonunun ərazisinə aid olsa da, iş materiallarında həmin şikayətə qeydiyyatda olduğu ünvan üzrə baxılması barədə hər-hansı bir vəsadət verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan şikayət ərizəsinə hadisənin törədildiyi ərazinin yerləşdiyi Yasamal rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli və xx xxxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli eletron qərarlardan verdiyi şikayətin ərazi aidiyyəti üzrə hansı rayon məhkəməsində baxılması məsələsinin həll edilməsi məqsədi ilə inzibati material Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar