Məhkəmə qərarları › İş №3(002)-2551/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2551/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2551/2025 01.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Astara rayonunun Vaqo kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Astara rayonunun Vaqo kəndində qeydiyyatda olmaqla yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ictimai qaydanı pozmuş, YPX və ƏÇPA əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək tabesizlik göstərmişdir. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 bildirmişdir ki, videogörüntüdən və iş materiallarından göründüyü kimi, Qaradağ DYPŞ-nin yol-patrul xidmətinin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət apararkən Şəxs “**-ME-***” dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanını kameralardan gizlətdiyini aşkar etmişlər. X8 Polis Şöbəsinin əməkdaşları sürücüyə yaxınlaşıb avtomobilin dövlət qeydiyyat nişanını gizlətməsinin səbəbini soruşanda və sənədlərini təqdim etməsini istəyəndə şəxsin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi məlum olmuşdur. Sürücü dəfələrlə nizam-intizama dəvət edilsə də məhəl qoymamışdır. Yol polis şöbəsinin əməkdaşları Şəxs avtomobili duracağa aparmalı olduqlarını desələr də sürücü yaxınlaşmayacağını, qazi olduğunu bildirmişdir. Şəxs qazi vəsiqəsini göstərməsi tələb edildikdə vəsiqəsinin evdə olduğunu bildirsə də, həmin şəxsin sonradan yalandan qazi adından istifadə etməsi məlum olmuşdur. Sürücü göstərdiyi tabesizliyə görə əraziyə ƏÇPA-nın əməkdaşları çağırılmışdır. Onlar gəldikdən sonra sürücü yenə tabesizlik göstərdiyi üçün həmin sürücü 10-cu PŞ-nə aparılmış və nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 3-4 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Bakı şəhəri, Qaradağ rayonunun yol-patrul xidmətinin əməkdaşları ona yaxınlaşaraq avtomobilinin dövlət qeydiyyat nişanını niyə bağladığını soruşmuşlar. O, isə cavabında dövlət qeydiyyat nişanını avtomobilini idarə edən zaman bağlamadığını, avtomobilini dayandırıb yatdığı zaman bağladığını söyləmişdir. Yol-patrul xidmətinin əməkdaşları onun avtomobilini Qaradağ DYPŞ-yə aparmaq istəsə də o, etiraz etmişdir. Həmin vaxt onun nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmadığı müəyyən edilmişdir. Əraziyə gələn Bakı şəhəri Qaradağ RPİ-nin çevik polis alayının əməkdaşları onu 10-cu PŞ-nə dəvət etsələr də o, həmin əməkdaşların tələblərinə əməl etməmişdir. Bu zaman çevik polis alayının əməkdaşları onu post-patrul avtomobilinə mindirərək 10-cu PŞ-nə aparmışlar. Şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı hər hansı polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmişdir. Onun ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna malik deyildir. O, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını dəsmalla bağlayaraq gizlətdiyinə, həmçinin sürücülük hüquqna malik olmadığına görə, yol-patrul xidmətinin əməkdaşları onun nəqliyyat vasitəsini Qaradağ DYPŞ-yə aparmaq istədikləri üçün narazılıq edərək polis əməkdaşları ilə mübahisə etmişdir. Pul qazanmaq üçün məcbur qalıb avtomobilinin dövlət qeydiyyat nişanını bağlamışdır. Qaradağ rayonunun Dövlət Yol-Polis Şöbəsinin və əraziyə gələn çevik-polis alayının əməkdaşlarının tələblərinə əməl etməmişdir. Bu hərəkətlərinə görə peşmandır, 2 azyaşlı uşağı vardır. Yuxulu olduğuna görə belə hərəkətlər etmişdir. Bir daha belə səhvə yol verməyəcəyinə söz verir. Ona güzəşt edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Bakı şəhəri Qaradağ RPİ-nin Qaradağ DYPŞ-nin yol-patrul xidmətinin inspektoru, polis serjantı X2 izahatında göstərmişdir ki, 30 noyabr 2025-ci il tarixdə saat 03 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində yol-patrul xidmətinin inspektoru Miryusif Əsgərov ilə xidmətdə olarkən Lökbatan dairəsində “Niva” markalı “**- ME-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs həmin avtomobilin dövlət qeydiyyat nişanını dəsmalla bağlayaraq kameralardan gizlətdiyini müşahidə etmişdir. Şəxs onlara qazi olduğunu desə də həmin şəxsin yalan danışdığı müəyyən edilmişdir. Şəxs idarə etdiyi həmin avtomobil saxlanılarkən Şəxs sürücülük vəsiqəsinin olmadığı məlum olmuşdur. Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq Şəxs orada olan polis əməkdaşlarının tələblərinə əməl etməyərək ərazidə olan polis əməkdaşlarına müqavimət və tabesizlik göstərmişdir. Şəxs yol-hərəkəti qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs ərazidə olan polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiyi üçün çevik polis alayının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Qaradağ RPİ-nin Qaradağ DYPŞ-nin yol-patrul xidmətinin inspektoru, polis serjantı X3 oxşar izahar verərək bildirmişdir ki, 30 noyabr 2025-ci il tarixdə saat 03 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində yol-patrul xidmətinin inspektoru Hüseyn Abdullayev ilə xidmət apararkən “Niva” markalı avtomobilin dövlət qeydiyyat nişanının bağlı vəziyyətdə olduğunu görmüşlər. Onlar nəqliyyat vasitəsinin sürücüsü Şəxs yaxınlaşıb özlərini təqdim etdikdə həmin şəxs onlara qazi olduğunu bildirmişdir. Şəxs qazi vəsiqəsini göstərməsini xahiş etdikdə isə həmin şəxsin qazi olmadığı ortaya çıxmışdır. Şəxs sənədlərinə baxarkən isə nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olmuşdur. Şəxs nizam-intizama dəvət etsələr də polis əməkdaşlarına müqavimət göstərməyə davam etmişdir. Buna görə də çevik polis alayının əməkdaşları Şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparılmasını təmin etmişlər. X3 məhkəmədə verilən suallara cavab olaraq, Şəxs hadisə zamanı heç kimə qarşı nalayiq ifadələrə yol vermədiyini, Şəxs çevik polis alayının əməkdaşlarına qarşı müqavimət göstərdiyini, Şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını örtüklə bağladığına və nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş Qaradağ RPİ-nin 10-cu PŞ tərəfindən təqdim olunmuş videoçəkilişdən görünür ki, Şəxs hər hansı xırda xuliqanlıq hərəkətinə yol verdiyi təsdiqini tapmamışdır. Lakin Şəxs yol-patrul xidmətinin və çevik polis alayının əməkdaşlarının tələblərinə tabe olmadığı, həmin şəxslər ilə mübahisə etdiyi müşahidə edilmişdir. Şəxs qarşı hər hansı zorakılıq hərəkətlərinin edildiyi müəyyən olunmamışdır. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(018)-468/2025 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətinə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, videoçəkiliş, raportlar, Şəxs və şahidlərin izahatları və digər iş materialları ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilməli, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə səasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 32-ci maddəsinə əsasən, Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında göstərilən inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 30 noyabr 2025-ci il tarixdən saat 04:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar