Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2556/2025 01.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X11 Əli oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1421/2020 saylı xx.xx.2020-ci il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1424/2022 saylı xx.xx.2022-ci il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1387/2024 saylı xx.xx.2024cü il tarixli, Qaradağ Rayon Məhkəməsinin 8(002)-152/2025 saylı xx.xx.2025-ci il tarixli və Qaradağ Rayon Məhkəməsinin 8(002)-398/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən hazırda Şəxs 14794 manat aliment borcu yaranmışdır və o, borcunu birdəfəlik ödəmək iqtidarında deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış borclu şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı xx.xx.2020-ci il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1424/2022 saylı xx.xx.2022-ci il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1387/2024 saylı xx.xx.2024-cü il tarixli, Qaradağ Rayon Məhkəməsinin 8(002)-152/2025 saylı xx.xx.2025-ci il tarixli və Qaradağ Rayon Məhkəməsinin 8(002)-398/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən hazırda Şəxs 14794 manat aliment borcu yaranmışdır və o, borcunu birdəfəlik ödəmək iqtidarında deyildir. Belə ki, o, icra sənədlərini qərəzli olaraq icra etməmişdir. Tərəfindən edilmiş çağırışlara gəlməkdən boyun qaçırmış, tam icra etməsi ilə bağlı dəfələrlə xəbərdar edilsə də, görülmüş icra tədbirləri nəticə verməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xəta inzibati tənbeh almış borclu şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilmiş, bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Səbuhi Bağırov ona verilən suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs barəsində əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1113/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Borclu Şəxs 2025-ci ilin may ayında 500 manat, avqust ayında 350 manat və sentyabr ayında isə 350 manat olmaqla cəmi 1200 manat ödəniş etmişdir. Şəxs Qaradağ Rayon Məhkəməsinni qərarı ilə 500 manat cərimə edildikdən sonra aliment üzrə 700 manat ödəniş etmişdir. Borclu qeyri-rəsmi olaraq sürücü işləyir. Borclunun tələbin yönəldilə biləcəyi əmlakı və ya rəsmi əmək haqqı yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. Sürücü işləyir, aylıq 600-800 manat gəlir əldə edir ki, onun da bir qismini alimentə ödəyərək, qalan pulu öz şəxsi ehtiyaclarına sərf edir. Borcunu ödəmək niyyətində olsa da, maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. Hazırda 1500 manat ödəniş etməyə hazırdır. Aliment üzrə hər ay 300-350 manat öməyə hazırdır. Borcunu imkan daxilində hissə-hissə ödəyəcəyini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirmişdir ki, o, yığılmış aliment borcunun bu gün ərzində borclu Şəxs tərəfindən tam ödənilməsini tələb edir. Bildirmək istəyir ki, borcluya əvvəllər də dəfələrlə güzəşt etmiş, sonuncu borcunu ödəyəcəyini bildirsə də buna əməl etməmişdir. Bu səbəbdən də borclunun vədlərinə inanmır. Odur ki, borclu Şəxs aliment borcunu tam şəkildə ödəməsini, əks təqdirdə borclunun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı xx.xx.2020-ci il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1424/2022 saylı xx.xx.2022-ci il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1387/2024 saylı xx.xx.2024-cü il tarixli, Qaradağ Rayon Məhkəməsinin 8(002)-152/2025 saylı xx.xx.2025-ci il tarixli və Qaradağ Rayon Məhkəməsinin 8(002)-398/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən hazırda Şəxs 14794 manat aliment borcu yaranmışdır və o, borcunu birdəfəlik ödəmək iqtidarında deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış borclu şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 05 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2011-ci il tarixli, 2(002)-806/2011 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1424/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 05 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı, 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs X2 xeyrinə hər ay hər ay 193 manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1424/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ rayon məhkəməsinin 2(002)-1424/2022 saylı 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1387/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1024/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək artırılaraq, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq bir uşağa görə hər ay 235 manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1387/2024 saylı xx.xx.2024-cü l tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-152/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1387/2024 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0.68 misli həddində sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-152/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə bildirişlərdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs yaşayış yeri məlum olmadığından onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-398/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 3,57 misli həddində sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-398/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs yaşayış yeri məlum olmadığından onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(002)-1113/2025 saylı qərarı ilə borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı xx.xx.2020-ci il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1424/2022 saylı xx.xx.2022-ci il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1387/2024 saylı xx.xx.2024-cü il tarixli, Qaradağ Rayon Məhkəməsinin 8(002)-152/2025 saylı xx.xx.2025-ci il tarixli və Qaradağ Rayon Məhkəməsinin 8(002)-398/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən hazırda Şəxs 14794 manat aliment borcu X4 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişlərin surətləri borclu tərəfindən qəbul edilmişdir. Borclu tərəfindən tələbkarın xeyrinə ödəniş edilməsinə baxmayaraq, sonuncu aliment borcunun ödənilməsindən və icranı tam olaraq təmin etməkdən qərəzli boyun qaçırmışdır. Borcluya cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair dəfələrlə xəbərdarlıq, həmçinin sonuncu dəfə anoloji inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin eyni inzibati xəta əməli borclu şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə təkrar törədilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrasına laqeyd yanaşaraq borcunu ödəməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, tələbkarın şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 01 dekabr 2025-ci il tarixdən, saat 18:30-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2556/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2556/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver