Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2557/2025 02.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, X1, Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə inspektoru, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X8 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs anası X5 29 noyabr 2052-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək oğlu Şəxs tərəfindən döyüldüyünü və boğulması barədə məlumat vermişdir. Araşdırma zamanı izahatı alınan Şəxs öz izahatında 28 noyabr 2025-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində B. Əliyev küçəsində hərəkətdə olarkən yerdən narkotik vasitə olan marixuana tapdığını, həmin marixuananı yaşadığı Sahil qəsəbəsi, B. Əliyev küçəsi 41, mənzil 41C ünvanında yerləşən mənzilin qarajında istifadə etdiyini bildirmişdir. Daha sonra o öz izahatında Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, 28 noyabr 2025-ci il tarixdə saat 21:00 radələrində Sahil qəsəbəsi, B.Əliyev küçəsində gəzərkən yerdən tapdığı marixuana adlı narkotik vasitəni yaşadığı mənzilin qarajında istifadə etmişdir. Sonra o evə getmiş, lakin anası qapını açmadığına görə nənəsi Valentina Bəydəmirovanın yaşadığı Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, bina 33, mənzil 32 ünvanına getmişdir. Bundan sonra 29 noyabr 2025-ci il tarixdə saat 10:30 radələrində anası həmin mənzilə gəlmiş və aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı o əsəbiləşərək iki əli ilə anasının boğazından sıxmış və yumruqla isə sol üz nahiyyəsinə bir dəfə vurmuşdur. Bundan sonra 29 noyabr 2025-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-ə dəvət olunmuşdur. Törətdiyi əməldən peşiman olduğunu bildirərək məhkəmədən ona cərimə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X2 01 dekabr 2025-ci il tarixli, 7499 nömrəli rəyindən aydın olur ki, Şəxs Kannabionidlərin qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 01 dekabr 2025-ci il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 30 noyabr 2025-ci il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuş, 01 dekabr 2025-ci il tarixdə saat 10:30-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 38-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş 01 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqında” qərardan aydın olur ki, toplanmış material üzrə faktla bağlı cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs narkotik vasitənin istehlakçısına və satış məqsədi olmadan şəxsi istehlak miqdarı çərçivəsində istiadə etdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsilə inzibati qaydada məsuliyyətə cəlb olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs oğlunun 30 noyabr 2025-ci il saat 14:30-dan-01 dekabr 2025-ci il saat 10:30dək hüquqlarının məhdudlaşdırılması nəzərə alınmaqla üzərində qəti olaraq 14 (on dörd) müddətə inzibati həbs saxlanılsın. Həbs müddətinin əvvəli 02 dekabr 2025-ci il tarixdən, saat 16:00-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PB-nə həvalə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2557/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2557/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver