Məhkəmə qərarları › İş №3(002)-2559/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2559/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2559/2023 14.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Tələbkar Məmmədova (Əhmədova) Aytac Elşad qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-107/2023 saylı, 07 fevral 2023cü il tarixli icra vərəqini və Bakı şəhəri 8 saylı Notariat Kontorunun 7746 nömrəli, 06 sentyabr 2022-ci il tarixli icra qeydini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol Qaradağ rayon İcra Şöbəsindən baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-107/2023 saylı, 07 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs 26 sentyabr 2022-ci il tarixdən başlayaraq 26 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 08 fevral 2023-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu borclarından müvafiq ödənişlər etmədiyindən onun barəsində 10 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-291/2023 saylı, 10 fevral 2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. 17 mart 2023-cü il tarixdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət etmiş, həmin təqdimat təmin olunaraq Qaradağ rayon Məhkəməsinin 8(002)-140/2023 saylı, 31 may 2023-cü il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 3(002)-1105/2023 saylı, 26 may 2023-cü il tarixli qərarına əsasən yenidən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Borclu Şəxs icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməkdən dəfələrlə imtina etdiyinə görə Qaradağ rayon Məhkəməsinin 8(002)-214/2023 saylı, 28 iyul 2023-cü il tarixli qərardadına əsasən Şəxs Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə təqdimat təmin edilmişdir. Əvvəlki məhkəmə iclaslarında borclu Şəxs yaranmış aliment və bank borclarını qısa müddətdə ödəyəcəyinə söz versə də heç bir ödəniş etməmişdir. Borclu sonuncu dəfə məsuliyyətdən yayınmaq məqsədilə 06 dekabr 2023-cü il tarixdə aliment borcundan 300 manat ödəniş etmiş, nəticədə bu günə olan aliment borcu 1799 manat təşkil edir. Bu gün, yəni 14 dekabr 2023-cü il tarixdə Əhmədov X5 RPİ-nin 10-cu PŞ-nın əməkdaşları tərəfindən məcburi qaydada Qaradağ rayon İcra Şöbəsinə gətirilmişdir. Beləliklə Şəxs artıq üçüncü dəfədir ki yuxarıda qeyd olunan aliment borclarının və "xxxx"a olan borcunun ödənilməsindən yayındığı üçün Qaradağ rayon Məhkəməsinə gətirilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, bundan başqa Bakı şəhəri 8 saylı notariat ofisinin 06 sentyabr 2022-ci il tarixli, 7746 nömrəli icra qeydinə əsasən “AZ 1014, ünvan 2 ünvanında yerləşən "xxxx" ASC (VÖEN:**********) xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs BBUM4414872A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 610 manat, 74 qəpiyin tutulması, bundan əlavə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 635 manat 74 qəpik pul tutulması qət edilmişdir. Borclu ona həmin borcu ilə bağlı 180 manat ödəniş etdiyini desə də həmin ödənişlə bağlı qəbzi ona təqdim etməmişdir. Həmçinin o "xxxx"la əlaqə saxlayaraq Şəxs tərəfindən hər hansı bir ödənişin olub-olmaması ilə maraqlanmış, bankdan aldığı məlumata əsasən Şəxs tərəfindən borcundan heç bir ödəniş edilməmişdir. Bundan başqa borclu icra məmurunun tələblərinə məhəl qoymaraq icra şöbəsinə gəlməkdən də imtina etmişdir. Beləliklə, bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, hər iki icra vərəqəsindən məlumatı vardır və indiyədək aliment borcundan və "xxxx"a olan borcundan müvafiq ödənişlər etmişdir. Hal-hazırda heç bir yerdə işləməməklə müvafiq gəlirə malik deyildir. Aliment borcundan 2023-cü ilin may ayında 410 manat ödəniş etmişdir. Bundan sonra tələbkar və icra məmuru ilə əlaqə saxlayaraq aliment borclarının ödənilməsi üçün ona hesab nömrəsinin verilməsini xahiş etmişdir. Lakin nə icra məmuru, nədə ki, tələbkar ona hesab nömrəsi verməmiş, nəticədə bu məsələ ilə bağlı Qaradağ rayon icra Şöbəsində olmuş və 04 dekabr 2023-cü il tarixdə ona depozit hesabının nömrəsi verilmişdir. O da 06 dekabr 2023cü il tarixdə aliment borcundan 300 manat ödəniş etmişdir. Şərait yaradılacağı təqdirdə hər ayın son günlərində aliment borcundan 300 manat ödəniş edəcəkdir. "xxxx" ASC-yə isə borcu yoxdur. Hal-hazıradək yerdə qalan 1799 manat aliment borcunu qısa bir zamanda ödəyəcəyini bildirərək, həmçinin borclarını ödəməkdən qəsdən yayınmamasının nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında işitrak edən tələbkar Məmmədova (Əhmədova) Aytac Elşad qızı öz izahatında borclu Şəxs aliment borcunu tam şəkildə ödəməsini, bu baş vermədikdə isə inzibati qaydada həbs olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, borclu aliment borcunun ödənilməsi üçün ona müraciət etməmiş, ondan hesab nömrəsi istəməmiş və ümumiyyətlə alimentin ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 14 dekabr 2023-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu yuxarıda qeyd olunan borclarını ödəməkdən yayındığına görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola Qaradağ rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli iclasında baxılarkən o həm aliment, həm də banka olan borclarını ən qısa müddətdə ödəyəcəyini bildirsə də təxminən yeddi aya yaxın keçən bir müddət ərzində cəmi bir dəfə, yəni 06 dekabr 2023-cü il tarixdə aliment borcundan 300 manat ödəniş etmişdir. Bundan başqa borclu "xxxx"a olan borcunu ödədiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymaraq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 14 dekabr 2023-cü il tarixdən saat 17:55-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar