Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2559/2025 02.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 30 oktyabr 1999-cu ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis leytenantı X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis leytenantı X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 01 dekabr 2025-ci il tarixdə saat 17:00 radələrində Səfərov X2 rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsindən keçərkən telefonda nalayiq söyüşlər söydüyünə görə polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilsə də o ictimai qaydanı pozmaqda davam etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bundan sonra Şəxs 10-cu PŞ-nə gətirilmişdir. Müayinə zamanı onda narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmiş, eləcə də narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla narkomaniya xəstəliyi aşkar olunmuş, VSİS-dən alınan məlumata əsasən Şəxs 13 sentyabr 2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində dispqnser qeydiyyatındadır. O izahatında daha sonra bildirmişdir ki İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinən Şəxs 01 dekabr 2025-ci il tarixdə saat 18:15-də inzibati qaydada tutulmuşdur. Bundan sonra bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə 02 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilən protokolu qismən qəbul edərək bildirmişdir ki, 01 dekabr 2025-ci il tarixdə təxminən saat 17:00 radələrində Lökbatan qəsəbəsi, Mədən küçəsindən keçərkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Müayinə zamanı onda narkotik vasitədən istifadə etmə halları müəyyən olunmuşdur. O bir neçə dəfə narkotik vasitələrdən əvvəllər istifadə etmişdir. Lakin saxlanılarkən polis əməkdaşlarına qarşı heç bir kobudluq və tabesizlik göstərməmiş, o cümlədən nalayiq ifadələr işlətmədiyini bildirmişdir. Törətdiyi əməldən peşiman olduğunu və əmisinin şəhid olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddəsinin tərkibi olmadığğına görə işə xitam verilməli, İXM-nin 206-cı maddəsinə əsasən təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri törətməsinə dair hər hansı mötəbər sübutlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X1 02 dekabr 2025-ci il tarixli, 7537 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs Opoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən RNM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 13 sentyabr 2025-ci il tarixli 3(002)-1839/2025 saylı qərarından aydın olur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 01 dekabr 2025-ci il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 01 dekabr 2025-ci il tarixdə saat 18:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddələr üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs müddətinin əvvəli 01 dekabr 2025-ci il tarixdən, saat 18:15-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-nə həvalə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2559/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2559/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver