Məhkəmə qərarları › İş №3(002)-2561/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2561/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2561/2025 25.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, X1 iştirakı ilə, X1 DİN-in BDYPİ-nin 19 iyul 2025-ci il tarixli, EQ 29353998 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixində ** JB *** dövlət qeydiyyat nişanlı DAF markalı nəqliyyat vasitəsinə Qobustan rayonu Cəngi kəndi ərazisindən yolda elektron tərəzidən keçən zaman İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə EQ 29353998 nömrəli inzibati tənbehvermə haqqında qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək işə Qaradağ rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. X2 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində istifadəsində olan ** JB *** dövlət qeydiyyat nişanlı DAF markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən Qobustan rayonu Cəngi kəndi ərazisindən yolda elektron tərəzidən keçən zaman barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə EQ 29353998 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə EQ 29353998 nömrəli inzibati tənbehvermə haqqında qərar üzrə 600 manat cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 29353998 nömrəli inzibati tənbehvermə haqqında qərar qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. İİ. Tələbin hüquqi əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-ci maddəsinə əsasən. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına əsasın guya ki o, idarə etdiyi maşında iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəkisindən artıq yük daşımışdır. Halbuki, istifadəsində olan ** JB *** dövlət qeydiyyat nişanlı DAF markalı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixində Qobustan rayonu Cəngi kəndi ərazisindən yolda elektron tərəzidən keçən zaman nəqliyyat vasitəsinin ümumi çəkisi 40200 kq olmuşdur. Elektron tərəzidə isə səhvən 44390 kq qeyd edilərək barəasində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə EQ 29353998 nömrəli inzibati tənbehvermə haqqında qərar tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 104 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri" haqqında qaydalarının "Qoşqulu avtoqatarlar üçün" 3.2-ci maddəsinə, yəni,"Nəqliyyat vasitəsinin icazə verilən ümümi kütləsi ikioxli yük avtomobili, üç oxlu qoşqu ilə 42 ton" tələb olunur. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində göstərilir ki, İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Hansı ki, yuxarıda qeyd edilən avtomaşınlara elektron inzibati tənbehvermə haqqında qərar yazılan zaman Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində qeyd edilən hissə (icazə verilən ümumi kütlə vəǝ ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) yəni 5%-i də nəzərə alınmamışdır. Belə ki, istifadəsində olan ** JB *** dövlət qeydiyyat nişanlı, DAF markalı nəqliyyat vasitəsi İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə 42000 nəzərdə tutulur. Yəni, ümumi çəki 42000 kq-ı aşdığı zaman elektron protokol tərtib olunmalıdır. Həmin zaman istifadəsində olan ** JB *** dövlət qeydiyyat nişanlı, DAF markalı nəqliyyat vasitəsində isə ümumi çəki 40200 kq olmuşdur. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009- cu il tarixli 104 saylı qərarı ilə təsdiq edilmiş qaydalarının "Qoşqulu avtoqalarlar üçün" 3.2-ci maddəsinə, yəni,"Nəqliyyat vasitəsinin icazə verilən ümümi kütləsi ikioxli yük avtomobili, üç oxlu qoşqu ilə 42 ton" tələbinə tam uyğundur. Onu da qeyd etmişdir ki, uzun müddətdir gündəlik eyni çəkidə və miqdarda yüklə hərəkət edir və artıq çəki qeydə alınmamışdır. Məlumat üçün bildirmişdir ki, NORM ASC nümunəvi şirkətdir. Həmin şirkətin tərəzisinin "Ölçmə vasitələrinin yoxlanması haqqında" qüvvədə olan şəhadətnaməsi vardır. Şəhadətnamənin surəti işə əlavə olunur. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixində istifadəsində olan ** JB *** dövlət qeydiyyat nişanlı DAF markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən Qobustan rayonu Cəngi kəndi ərazisindən yolda elektron tərəzidən keçən zaman İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə EQ 29353998 nömrəli inzibati tənbehvermə haqqında qərar əsaslandırılmış formada tərtib edilməyib, sübutlarla təsdiq olunmur. İİİ.Vəsatətlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur. Göstərilənlərə əsasən barəsində İXM-nin 353.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 29353998 inzibati tənbehvermə haqqında qərar tərtib edən Baş Dövlət Yol Polis İdarəsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşının şahid qismində dindirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır. Həmin məcəllənin 62.2.8-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İV. Tələb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Onu da qeyd etmişdir ki, EQ 29353998 nömrəli inzibati tənbehvermə haqqında qərar barədə məlumatı yol polisi yolda saxlayan zaman öyrənmişdir. DYP-nə dəfələrlə şifahi müraciət etməyinə baxmayaraq inzibati tənbehvermə haqqında qərarı göndərilməmişdir. xx.xx.2025-ci il tarixində Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir və müddət ötməsinə görə geri qaytarılmışdır. Belə ki, İnzibati tənbehvermə haqqında qərar vətəndaşa rəsmi şəkildə verildikdən 20 gün müddətinə şikayət verilə bilər. Qərardan şikayət vermə müddəti isə inzibati tənbehvermə haqqında qərar ona verilmədiyi üçün ötməmiş sayılır. Odur ki, xx.xx.2025-ci il tarixində ** JB *** dövlət qeydiyyat nişanlı DAF markalı nəqliyyat vasitəsinə Qobustan rayonu Cəngi kəndi ərazisindən yolda elektron tərəzidən keçən zaman İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə EQ 29353998 nömrəli inzibati tənbehvermə haqqında qərar sübuta yetirilmədiyi üçün xitam olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128,129 və 134- cü maddələrinə əsasən xx.xx.2025-ci il tarixində ** JB *** dövlət qeydiyyat nişanlı DAF markalı nəqliyyat vasitəsinə Qobustan rayonu Cəngi kəndi ərazisindən yolda elektron tərəzidən keçən zaman İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə EQ 29353998 nömrəli inzibati tənbehvermə haqqında qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 öz izahatında şikayəti müdafiə edərək bildirmişdir ki, o, 19 iyul 2025-ci il tarixdə idarə etdiyi "DAF" markalı ** JB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X3” Şamaxı rayonuna sement yükü apararkən Qobustan rayonu, Cəngi kəndi ərazisində quraşdırılmış tərəziyə düşmüşdür. Həmin gün qeyd olunan yük avtomobilə yüklənərkən çəkilmiş və avtomobilin çəkisi 40.200 kq olmuşdur. Lakin qərarda 44.390 kq qeyd edilmişdir. Belə hadisələr tək onun yox, bir çox sürücünün başına gəlmişdir. Odur ki, məhkəmədən cərimənin silinməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş sənədlərdən aydın olur ki, X2 19 iyul 2025-ci il tarixdə saat 08:33-də Qobustan rayonu, Cəngi kəndi, Yevlax istiqamətində ** JB *** dövlət qeydiyyat nişanlı "DAF" markalı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 19 iyul 2025-ci il tarixli, EQ 29353998 nömrəli qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçinin iş materiallarına əlavə etdiyi 19 iyul 2025-ci il tarixli (saat 07:15) "xxxx" ASC-dən verilmiş əmtəə-nəqliyyat qaiməsinə əsasən ** JB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 40.200 kq təşkil etmişdir. Məhkəmə həmin qaiməyə münasibətdə isə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin qaimənin düzgün yazılması sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verməmişdən əvvəl avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Eləcə də qeyd olunan ərazidə rəsmi və müvafiq standartlara uyğun quraşdırılmış tərəzinin düzgün işləməməsi barədə məhkəmədə hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 19 iyul 2025-ci il tarixdə saat 08:33-də ** JB *** dövlət qeydiyyat nişanlı "DAF" markalı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir.. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 19 iyul 2025-ci il tarixli, EQ 29353998 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin 19 iyul 2025-ci il tarixli, EQ 29353998 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar