Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2565/2024 16.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X2, Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi X1 iştirakları ilə, X2 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP6699572 saylı inzibati xəta haqqında qərarı əsasında İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə hesab edir ki, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o xx.xx.2024-cü il tarixdə saat 10:20-də “KAMAZ 5320 YÜK" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. O, Qaradağ rayon daş karxanasından idarə etdiyi avtomobilə daş tozu yükləyərək Bakı şəhəri Ələt qəsəbəsinə daşıyır və avtomobilinin maksimum kütləsi avtomobillə birlikdə 33100 kq-dır. Bunu nəzərə alaraq, o, daş karxanasından yük götürərkən həmin yükün çəkisini keçməməsinə nəzarət edir. Sonuncu dəfə DYP postunda isə onun avtomobilini çəkdikləri zaman müəyyən edilmişdir ki, onun yüklə birlikdə çəkisi 27.8 ton olmuşdur. Onun avtomobilinin isə çəkisi 33100 kq olduğu nəzərə alınsa, heç bir artıq çəki olmadığı halda barəsində protokol tərtib edilmişdir. X4 avtomobilində artıq yük olmadığı və hələ maksimum çəkidən az yük daşıdığını bildirsə də barəsində inzibati protokol tərtib edilmişdir və bu səbəbdən də o, protokola imza etməkdən imtina etmişdir. Həmçinin barəsində inzibati protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin bir sıra tələbləri pozulmuş, inzibati xəta haqqında protokola və qərarda nəqliyyat vasitəsinin oxa düşən parametlərinə dair tələblərin pozulması faktının nəyin əsasında müəyyən edildiyi göstərilməmişdir. Əgər hər hansı texniki vasitələrdən istifadə olunaraq bu cür pozuntu halı müəyyən edilmişdirsə həmin texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yeri və həmin vasitənin serfikatının olub-olmaması göstərilməlidir. Bundan başqa inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin oxa düşən yükü icazə verilən kütləsi müəyyən edilmiş halları aşması barədə hər hansı bir qeyd aparılmamışdır. Qanunvericiliyin tələbinə görə xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olması barədə serfikatı olmalıdır. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 izahatında bildirmişdir ki, şikayətini müdafiə edir. Belə ki, onun idarə etdiyi nəqliyyat vasitəsinə verilmiş qeydiyyat şəhadətnaməsində maksimal kütlə 33100 kq qeyd olunmuşdur. Bu səbəbdən özünü təqsirli hesab etmir və barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin gün o, yükü boşaltdığı şirkətə məxsus tərəzidə yenidən ölçmə aparmış və tərəzinin oxuna düşən çəki 25500 kq olmuşdur. Lakin, həmin ölçmənin nəticəsinə dair müvafiq qəbzi əldə etmədiyindən, hazırki iclasda təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi X3 çıxışında bildirdi ki, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı əsasında yükdaşıyan iriqabaritli nəqliyyat vasitələrinin ölçülməsi aparılaraq, hərəkətlərinə nəzarət olunur. Şikayət vermiş şəxs xx.xx.2024-cü il tarixdə saat 10:20-də idarə etdiyi “KAMAZ 5320 YÜK" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Çünki həmin parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. Belə ki, şikayət vemiş şəxsin idarə etmiş olduğu “KAMAZ 5320 YÜK" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üç oxlu olmaqla Avropa istehsalı növündədir. Qeyd edilən qərara əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 26 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara əsasən X4 xx.xx.2024-cü il tarixdə saat 10:20-də idarə etdiyi “KAMAZ 5320 YÜK" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ-nin YPX Alayı tərəfindən təqdim edilmiş **********350 saylı qəbzə əsasən “Kamaz 5320 Yük" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobillə birlikdə 26980 kqdır. Məhkəmə iclasında tərəflərin izahatına əsasən müəyyən olunmuşdur ki, Kamaz 5320 Yük" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üç oxlu olmaqla, Avropa istehsalıdır. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X4 xx.xx.2024-cü il tarixdə saat 10:20-də idarə etdiyi “KAMAZ 5320 YÜK" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, X4 xx.xx.2024-cü il tarixdə saat 10:20-də idarə etdiyi “KAMAZ 5320 YÜK" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və üç oxlu nəqliyyat vasitələrinə yük daşınması icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Bundan əlavə, şikayət vermiş şəxs ölçmənin özünün təşəbbüsü ilə digər bir tərəzidə yenidən aparılmasına dair izahatında qeyd etməsinə baxmayaraq, hazırki məhkəmə iclasında tərəfindən ölçmənin harada, nə zaman, hansı lisenziyalı tərəzi ilə aparılması, ölçmənin nəticəsinə dair hər hansı qəbz və ya digər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən üçoxlu avtomobil üçün 25 ton, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün 26 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİnin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2565/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2565/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver