Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2566/2025 16.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Qaradağ Rayon Məhkəməsinin hakimi Dadaşova Şəfa Əliövsət qızı Şəxs MMC barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə daxil olmuş materialları nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3-2452 və 3-2566 saylı inzibati materiallar daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılması Qaradağ Rayon Məhkəməsinə aid olmaqla icraata götürülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-2452/2025 saylı material üzrə icraat və 3(002)-2566/2021 saylı material üzrə icraat bir icraatda birləşdirilməli, qeyd olunan inzibati xəta haqqında işlərə 3(002)-2452/2025 nömrəli material üzrə icraat olaraq eyni vaxtda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 112-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-2452/2025 saylı material üzrə icraat və 3(002)-2566/2021 saylı material üzrə icraat 3(002)-2452/2025 saylı iş nömrəsi altında bir icraatda birləşdirilsin. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2566/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2566/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver