Məhkəmə qərarları › İş №3(002)-2571/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2571/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2571/2025 04.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 2000-ci ildə Masallı rayonu, Mahmudavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə ”Rusiya Qapıları” MMC-də sürücü işləyən, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla, deməsinə görə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis leytenantı X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis kapitanı polis leytenantı X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 02 dekabr 2025-ci il tarixdə saat 20:00 radələrində Şəxs narkotik vasitə istifadəsində şübhəli kimi saxlanmış, onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlər. Müayinə zamanı onda həqiqətən də, narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmiş, ancaq narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamış və narkomaniya xəstəliyi aşkar olunmamışdur. O izahatında daha sonra bildirmişdir ki İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinən Şəxs 02 dekabr 2025-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Bundan sonra bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 04 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, 2017-ci ildə hərbi xidmətə getməzdən əvvəl narkotik vasitə istifadə etmişdir. Daha sonra 4-5 il əvvəl marixuana istifadə etdiyini bildirmişdir. Sonuncu dəfə 10 gün əvvəl Lökbatan qəsəbəsinə gələrək orada narkotik vasitə istifadə etmişdir. 02 dekabr 2025-ci il tarixdə saat 20:00 radələrində Lökbatan qəsəbəsi ərazisində polis əməkdaşları ona yaxınlaşmış, onu 10-cu PŞ-nə dəvət etmişlər. 04 dekabr 2025-ci il tarixdə onu narkoloji müayinəyə aparmışlar və həmin müayinənin nəticəsi müsbət çıxmışdır. Törətdiyi əməldən peşiman olduğunu, anasının xəstə olduğunu, bir daha narkotik vasitə istifadə etməyəcəyini bildirərək məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X1 04 dekabr 2025-ci il tarixli, 7580 nömrəli rəyindən aydın olur ki, Şəxs götürülmüş sidik nümunəsində MET(+), OPİ(+) aşkar edildi. Müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 02 dekabr 2025-ci il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 02 dekabr 2025-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 02 dekabr 2025-ci il tarixdən, saat 21:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-nə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar