Məhkəmə qərarları › İş №3(002)-2575/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2575/2020

02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2575/2020 02.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra və probasiya Şöbəsinin icra məmuru X6, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-1760/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və probasiya Şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-1760/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 xx xxxx 2015-ci il təvəllüdlü X7 və xx xxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X5 (Mütəlibovnanın) xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(002)-3781/2016 saylı icra vərəqəsinə əsasən 40000 manat məbləğində borc cavabdeh Şəxs iddiaçı X8 xeyrinə tutulması və 30 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bu günə kimi borclunun hər hansı bir ödəniş edib etməməsi barədə heç bir məlumatı yoxdur, belə ki eyd olunan icra vərəqələri icra məmuru Rəsul Mirzəpurun icraatında olsada o hal hazırda xəstə olduğu üçün qeyd olunan material ilə lazımi tədbirlər görə bilmyib. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş protokolla razı deyil, belə ki, o, bir neçə icra vərəqələri üzrə ödənişlər etmiş və etməkdə davam edir. Məhkəmə iş materiallarını araşdıraraq və izahatları dinləyərək hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı borclu məhkəmə qərarları ilə yaranmış borclarından kifayət qədər ödənişlər etiyini bildirsə də, iş materiallarında bununla bağlı hər hnası bir sübut aşkar edilməmiş, o cümlədən icra məmuru tərəfindən tələbkarlarla əlaqə saxlanılaraq onlara hər hnası bir ödənişlərin edilib-edilməməsi də müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qeyd olunan məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmasını müəyyən etmək və barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar