Məhkəmə qərarları › İş №3(002)-2589/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2589/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2589/2023 15.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 1/1 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, nömrəsiz ünvanda yaşayan X6 xx.xx.2023-cü il tarixdə 102 xidməti zəng mərkəzinə və 10-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Böyükağa adlı dostu üçün evə Forma 1 və Forma 2 sənədləri hazırlaması üçün tanışı Şəhriyar adlı şəxsə 2000 manat pul verməsi, lakin həmin şəxsin vədinə əməl etməməsi barədə məlumat vermişdir. Verilmiş məlumatla bağlı araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar olunmuşdur. Bu səbəbdən 10-cu Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X5 çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından 14 dekabr 2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra izahatı alınmış və törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tərəfindən tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı olmadığından vəkildən imtina etmişdir, bu, onun maddi vəziyyəti ilə bağlı deyildir, heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə dostu Böyükağa üçün evə Forma 1 və Forma 2 sənədləri hazırlaması üçün tanışı Şəhriyar adlı şəxsə 2000 manat pul verməsi, lakin həmin şəxsin vədinə əməl etməməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-yə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, Ş.İMürsəl-zadəyə qarşı heç bir tələbi, şikayəti yoxdur. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materialında olan 14 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materialında olan Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqova ünvanlanmış 14 dekabr 2023-cü il tarixli raportdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, nömrəsiz ünvanda yaşayan X6 xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə şifahi, 10-cu PŞ-nə ərizə ilə müraciət edərək təxminən 20 gün əvvəl dostu Böyükağa üçün evə Forma 1 və Forma 2 sənədləri hazırlaması üçün tanışı Şəhriyar adlı şəxsə 2000 (iki min) manat pul verməsii, lakin həmin şəxsin vədinə əməl etməməsi barədə məlumat əsasında tərtib edilmiş raport Qaradağ RPİ-nin 10-cu PŞ-nin 1 nömrəli "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı"nda 3738 sıra sayı ilə qeydiyyata alınaraq icraata götürülmüşdür. X6 14 dekabr 2023-cü il tarixdə Qaradağ RPİ 10-cu PŞ-yə ərizə ilə müraciət edib 102 xidməti-zəng mərkəzinə verdiyi məlumatı bir daha təsdiq etmiş, hadisəni törədən şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. X6 ərizəsinə uyğun izahat verərək qeyd etdiyi xüsusatları bir daha təsdiq etmiş, ümumilikdə dəymiş maddi ziyanın 2000 manat təşkil etdiyini bildirmişdir. Faktla bağlı araşdırma aparılmış, protokol tərtib edilərək materiala əlavə olunmuşdur. Faktla bağlı təhqiqat araşdırması aparılmış, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, toplanmış təhqiqat materialından görünür ki, X4 müraciətində talanmış pulun miqdarı 200 manat təşkil edir və X4 və X3 əlavə pullar xərcləmələri sübuta yetirilməmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmişdir. Qəbul edilmiş qərarın surətini təqdim etməklə hadisəni törədən şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə göstəriş verilmişdir. Zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs X1 ilə barışmış və ona qarşı heç bir şikayət, tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apelyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar