Məhkəmə qərarları › İş №3(002)-259/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-259/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-259/2023 17.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx) evli, orta təhsilli, Azərbaycan Respublikası Kikboksinq Federasiyasının Məhəmmədəli idman klubunda direktor vəzifəsində işləyən, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 02 noyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Qaradağ rayon, Lökbatan qəsəbəsi, Lökbatan-Xocahəsən yolu X1rşısında Kamaz 5320 markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Mercedes-Benz Benz markalı **-TZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil toqquşmuş, nəticədə Mercedes-Benz Benz markalı **-TZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan sərnişin X4 xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, B kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi Mercedes-Benz markalı, **-TZ-*** qeydiyyat nişanlı avtomobili 02 noyabr 2022-ci il tarixdə saat 14:30 radələrində, Qaradağ rayonu Meyvəli ticarət mərkəzi istiqamətindən Lökbatan istiqamətində hərəkətdə olarkən Abşeron port logistika mərkəzindən yəni sağdan gələn Kamaz 5320 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili yola çıxaraq yolun kənarında dayanmış o, isə saatda 70-80 km sürətlə avtomobilini düzünə idarə edirmiş bu zaman Kamaz markalı yük avtomobili X1rşısında olan dairəyə doğru anidən hərəkət edərək onun yoluna çıxmışdır. O, əyləci basmış, lakin idarə etdiyi avtomobil Kamaz markalı avtomobilin sol tərəf qabaq və arxa təkərinin arasına çırpılmışdır. Kamaz markalı avtomobil onun avtomobilini Abşeron port logistika mərkəzinin qarşısında olan dairəyə doğru təxminən 8-10 metr sürütləmişdir. Hadisə zamanı onun avtomobilində arxa sağ oturacaqda əyləşən arvadı X4 toqquşma nəticəsində xəsarət almışdır. Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisə zamanı o, heç bir xəsarət almamış, məhkəmə tibbi ekspertizadan keçməkdən imtina etmiş, avtomobil texniki cəhətdən saz olmuş və hadisə vaxtı spirtli içki qəbul etməmişdir . Hazırda G.F.Çıraqovanın ona qarşı şikayəti yoxdur. Həmçinin yol nəqliyyat hadisəsindən zərər görmüş digər nəqliyyat vasitəsinin təmiri xərcləri sığorta şirkəti tərəfindən qarşılanmışdır. Göstərilənləri, özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində əri Şəxs məxsus Mercedes-Benz markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu Meyvəli ticarət mərkəzi istiqamətindən Lökbatan istiqamətinə hərəkətdə olarkən Abşeron port logistika mərkəzinin qarşısında Kamaz 5320 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş hadisə zamanı o, avtomobilin arxa sağ oturacağında oturmuş və hadisə nəticəsində xəsarət aldığını bildirmişdir. G.Çıraqova ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs onun əridir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, sonuncu barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Qaradağ RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli, 2/27268 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 05 noyabr 2022-ci il tarixli 823 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, G.F.Çıraqovanın bədənində aşkar edilmiş xəsarətlər - burun və üst dodaq nahiyələrinin kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) (ola bilsin şüşə qırıntıları) təsirindən, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, hər iki gözaltı nahiyələrinin, sağ bazunun və hər iki baldırın qançırları isə bərk küt əşya (əşyalar) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişlər və həm ümumilikdə və həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 yanvar 2023cü il tarixli 8/03 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara asan Mercedes Benz markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 02 noyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Qaradağ rayon, Lökbatan qəsəbəsi, Lökbatan-Xocahəsən yolu X1rşısında Şəxs məxsus Mercedes-Benz markalı **-TZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Kamaz 5320 markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobillə toqquşmuş, nəticədə Mercedes-Benz markalı **-TZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan sərnişin X4 yüngül xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin 1-ci bəndinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı heç bir şikayətinin olmamasını və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisə nəticəsində xəsarət alan arvadının ondan şikayətçi olmamasını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar