Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2590/2020 03.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis baş leytenantı X1, DİN-nin Dövlət Yol Polisi serjantı X2, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Naxçıvan MR, Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, hiçayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi qaydada sürücü kimi işləyən, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşlarına tabesizlik göstərərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis baş leytenantı X3 protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” TC-nin dairəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Lökbatan qəsəbəsi, “Meyvəli” dairəsinin yaxınlığında “hərbi rejim” ilə əlaqədar xüsusi post quraşdırılmışdır. Həmin vaxtı o qeyd olunan postda sürücü Şəxs icazəsinin olub-olmamasını yoxlayarkən, sürücünün idarə etdiyi iri qabaritli, yəni “Daf” yük markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobiliin sürücülük vəsiqəsinin kateqoriyasına uyğun olmadığı və komendant saatında hərəkətinə qanuni şəkildə icazəsinin olmaması aşkar edilmişdir. Sürücdən avtomobilin duracağa verib saxlamasını xahiş etmişdir. Bundan sonra sürücü avtomobilin duracağa yerləşmədiyi və orada avtomobili saxlamasından imtia etmişdir. Daha sonra isə sürücü əlindəki mobil telefonla onun səsini yazdığını onunla güya kobud danışdığı qeyd etdiyini və onun “paqonlarını” sökdürəcəyini bildirmişdir. Sürücüyə sakitləşməsini və nizam-intizama riayət edərək polisin qanuni tələblərinə əməl etməsini bildirmişdir. Hal-hazırda törətdiyi əməldən peşimandır və bir daha belə hərəkətlərə yol verməyəciyini bildirmişdir. İnzibati xəta törətmiş Şəxs inzibati pozuntuya yol verdiyini etiraf edərək məhkəmə iclasında öz izhatında bildirmişdir ki, etibarnamə ilə idarə etdiyi “Daf” yük markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşınla mütəmado yük daşıyır. xx xxxxxx 2020-ci il tarixdə saat təqribən 03:00 radələrində həmin avotmobil ilə Lökbatan qəsəbəsində “Meyvəli” istiqamətində hərəkət edərkən komendant postunda polis əməkdaşları onu saxlayıb sənədlərini yoxlamış və məlum omuşdur ki, komendants saatında hərəkət etməyinə icazəsi olmamışdır. YPX əməkdaşları onu maşınını duracağa təmin etmişlər. Maşın duracağa yerləşmədiyi üçün içəri salmadan YPX əməkdaşı onun yüksək səs tonu ilə danışmışdır. Sonra YPX əməkdaşı post patrul xidmti alayını çağırmış onu bölməyə göndərimişdir. Polis bölməsində komendant saatını pozmasını etiraf etmiş, lakin polisin qanuni tələblərinə əməl etmişdir. Heç bir video müşahidə və səs yazısı aparmamışdır. Məhkəmə izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta, özünün etirafedici izahatı, Qaradağ RPİ-nin 10-cu PB-nin polis əməkdaşının izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə xx xxxxxx 2020-ci il tarixdə saat 03:15 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2590/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2590/2020
03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver