Məhkəmə qərarları › İş №3(002)-2591/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2591/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2591/2025 18.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Bakı şəhər DYPİ-nin polis mayoru X2 tərəfindən qəbul edilmiş 04 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X3 ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 eyni zamanda vəsatətlə Bakı şəhər Qaradağ rayon məhkəməsinə müraciət edərək verdiyi şikayətə yaşayış yeri üzrə Bakı şəhər Qaradağ rayon məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ, polis mayoru X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qəbul edilərək onu İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 150 manat məbləğində cərimə edilmiş və bu 4 bal hesablanmışdır. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o xx.xx.2025-ci il tarixdə, saat 11:53-də Bakı şəhəri, Ziya Bünyadov prospekti ərazisində idarə etdiyi "LEXUS LX570 MİNİK" markalı **- OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməklə qaydaları pozmuşdur. Bu barədə Qaradağ rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş və Qaradağ rayon Məhkəməsinin 3(002)-2335/2025 xx.xx.2025-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ polis mayoru X2 tərəfindən qəbul edilmiş X1 İXMnin 327.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri X6 İdarəsinə tapşırılmışdır. Lakin polis idarəsində Heç bir araşdırılma aparılmadan eyni zamanda eyni zamanda onu belə dəvət etmədən yenidən xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar qəbul edilərək onu İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 150 manat məbləğində cərimə etmişlər və bu 4 bal hesablanmışdır. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ona zəng edərək məlumat vermişlər ki, xx.xx.2025-ci il tarixdə yol hərəkəti qaydalarını pozmuşdur və Bakı şəhər Yol polis İdarəsinə yaxınlaşmağını bildirmişlər. Lakin onu törətdiyi yol nəqliyyat hadisəsinə çağırılmağının qanuna zidd olduğunu bildirdikdən sonra hadisədən təxminən 3 gün sonra barəsində protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə isə barəsində qərar qəbul edilmişdir. Barəsində xx.xx.2025-ci il tarixdə protokol tərtib edildiyi vaxt o həmin protokoldan narazı olmuş və bu barədə rəsmi olaraq DİN-nin Bakı şəhər DYP-yə şikayət etmişdir. Lakin heç bir araşdırma aparılmadan xx.xx.2025-ci il tarixdə qərar qəbul edilərək onu 150 manat cərimə etmişlər və bu 4 bal hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci və 122-ci maddələrinə əsasən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Məsələ ilə əlaqədar bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. xx.xx.2025-ci il tarixdə onu Bakı şəhər DYPİ-ə dəvət edilərək xx.xx.2025-ci il tarixdə inzibati xəta törətməyini bildirmişlər. Bu barədə kamera görüntüsü tələb etsə də heç bir görüntü təqdim edilməmişdir. Əgər o hadisəni xx.xx.2025-ci il tarixdə törətmişdirsə həmin gün də barəsində elektron qaydada inzibati protokol tərtib olunmalı idi. Lakin hadisədən üç gün sonra barəsində inzibati protokolun tərtib olunması tam qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə uyğun olaraq bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində əsasən həmin maddədə nəzərdə tutulan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalar üzrə birbaşa elektron qərar çıxarılır. Protokol yalnız İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan qaydada səlahiyyətli vəzifəli şəxs bilavasitə aşkar edilən inzibati xətalar üzrə çıxarıla bilər. Mənim barəmdə inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafiq protokolun tərtib edilməsi anlaşılmazdır. Xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi mənə edilən telefon zəngində bildirilsə də, həmin foto və ya video materiallar da elektron kabinetimə yerləşdirilməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38.6-cı və 122.3.1-ci maddələrinə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1. Bu Məcəllənin 327.1 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1. 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq "İCMAL" informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.1-1. Foto va ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün "İCMAL" informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir.122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşıaşağıdakılar göstərilir. 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki Nasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə): 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası.122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 vǝ 346- cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.6. Barəsində bu Məcəllənin 122.1, 124.5 vǝ ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 57-1.1-ci maddəsində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər Şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.122.8. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Bu səbəbdən də barəmdə tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-ci maddəsinə əsasən Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xǝta haqqında iş üzrə qərardan şikayət verə bilər. Yuxarıda qeyd etdiklərini və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 134.1.3- cü maddəsinə əsasən məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ona zəng edərək məlumat vermişlər ki, xx.xx.2025-ci il tarixdə yol hərəkəti qaydalarını pozmuşdur və Bakı şəhər Yol polis İdarəsinə yaxınlaşmağını bildirmişlər. Lakin o törətdiyi yol nəqliyyat hadisəsinə görə çağırılmağının qanuna zidd olduğunu bildirmiş, əgər belə hadisə vardırsa, həmin hadisəni onun elektron kabinetinə yerləşdirilməsini bildirmişdir. Hadisədən təxminən 3 gün sonra barəsində protokol tərtib edilmiş və 04 sentyabr 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarda onun Ziya Bünyadov prospektində əks istiqamətli yola çıxdığı qeyd olunmuşdur. Lakin həmin ərazidə əks istiqamətə çıxmaq mümkün deyil. Bununla bağlı heç bir fakt, foto və video yoxdur. Odur ki, təqsirli olmadığına görə barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhər DYPİ, polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 04 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 23 avqust 2025-ci il tarixdə, saat 11:53 radələrində Bakı şəhəri, Ziya Bünyadov prospektində "LEXUS LX570 MİNİK" markalı **-OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsinə görə İXM 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd olunan inzibati pozuntu ilə əlaqədar şəxsin təqsirli bilinməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı yanlız şikayət vermiş şəxsin təqdim etdiyi sübutlar əsasında onun qeyd olunan inzibati iş üzrə təqsirli bilinib-bilinməməsinə dair obyektiv yekun nəticəyə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in Bakı şəhər DYPİ, polis mayoru X2 tərəfindən qəbul edilmiş 04 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 inzibati tənbeh edilməsinə dair 04 dekabr 2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar