Məhkəmə qərarları › İş №3(002)-2593/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2593/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2593/2023 19.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 09 dekabr 2023-cü il tarixdə, saat 22:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən Qaradağ RPİ-nin 38-ci PB-da polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq polis bölməsinin iş rejimini 30 dəqiqə müddətində pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 dekabr 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 09 dekabr 2023cü il tarixdə, saat 22:45 radələrində sürücü X2 xarici işıq cihazlarından düzgün istifadə etmədiyinə görə saxlanılmış, bu zaman onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi aydınlaşdırılmışdır. Sürücü YPX əməkdaşlarına tebesizlik göstərdiyindən 38-ci Polis Bölməsinə gətirilmişdir. Sürücü bölmədə olarkən onun qardaşı Şəxs bölməyə gələrək binanın içərisinə daxil olmuş, Qaradağ RPİ-nin 38-ci PB-nın baş təhqiqatçısı, polis mayoru Ramin Vəkilovun üstünə hücum çəkərək nalayiq küçəs söyüşləri ilə onu təhqir etməyə başlamışdır. O təqribən 30 dəqiqə polis əməkdaşlarının iş fəaliyyətini pozmuşdur. Nəticədə Şəxs barəsində onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 3əsi ilə birlikdə yaşayır, evlidir. 09 dekabr 2023-cü il tarixdə, axşam saat 22:45 radələrində qardaşı X2 ona zəng vuraraq 38-ci Polis Bölməsinə aparıldığını bildirmişdir. O bölməyə gələrək ordakı polis əməkdaşından qapını açmasını istəmiş, polis əməkdaşı bunu etmədikdə aralarında mübahisə yaranmışdır. O öz izahatında polis əməkdaı ilə mübahisə etdiyini, lakin onu təhqir etmədiyini bildirmişdir. O öz izahatında daha sonra törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini və “Vətən Müharibəsi” işitrakçısı olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar