Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2596/2020 03.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, BDYPİ-nin Vİ Tağım YPX inspektoru polis serjantı X1, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Şəxs iştirakları ilə, Şəxs barəsində DİN-nin Baş Dövlət X4 Yol-Patrul Xidməti Alayı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Qaradağ rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə “”VAZ210111” minik markalı ** GH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi aşkar olunmuşdur. Tibbi müayinədən keçirilərkən sürücünün sərxoş olduğu aşkar olunmuşdur. Həmçinin araşdırma zamanı Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququndan müvəqqəti məhrum olunması aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən BDYPİ-nin Vİ Tağım YPX inspektoru polis serjantı X2 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Qobustan qəsəbəsindən Bakı şəhəri istiqamətinə gedərkən sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21011” minik markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax-Gürcüstan yolunun 47.5-ci km-də 719 saylı postun qarşısında piyada keçidində piyadaya yol verərəkən arxasında hərəkətdə olan “Merdcedes” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa sol hissəi ilə toqquşmuşdur. YPX inspektoru hadisə yerinə yaxınlaşmış və şəxsiyyət vəsiqəsini ona təqdim edərək sürücülük vəsiqəsinin olmamasını bildirmişdir. Daha sonra isə o, tibbi müayinədən keçmiş və onda sərxoşluq aşkar edilmişdir. Hal-hazırda əməlindən səmimi peşiman olmasını, ilk dəfə inzibati məsluyyətə cəlb olunmasını, hadisə zamanı heç kimin xəsarət almamasını və ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alıb həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunmuş “sərxoşluq vəziyyətinin tibbi müayinə” barədə xx.xx.2020-ci il tarixli 6179 saylı protokoldan aydın olur ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:55 radələrində müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və xətanın ilk dəfə törədilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və iş materialları ilə tam təsdiq olunur. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh kimi cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha ədalətlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2596/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2596/2020
03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver