Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2596/2023 27.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı Qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə 4.000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan qərar xx.xx.2023-cü il tarixdə rəsmi qaydada ona təqdim edilmişdir. Qızıldaş qəsəbəsində icarəyə bir torna dəzgahı olan sex götürərək blok daşların kəsilməsi ilə məşğul olur. Lakin, son bir il olar ki, səhhəti ilə əlaqədar fəaliyyətini dayandırmışdır. Cari ilin oktyabr ayında səhhətində olan problemlərlə əlaqədar sexə gedə bilmədiyi üçün yaxın qohumu X3 avadanlıqlara nəzarət etməsini xahiş etmişdir. Ə. Teymurov da öz növbəsində günün müəyyən saatlarında sexə baş çəkmişdir. Belə ki, 07 dekabr 2023-ci il tarixində Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində tətbiq edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 AZN məbləğində cərimə olunmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, məsələ ilə bağlı iş materialları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 4.000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 çıxışı zamanı verilmiş şikayətin dəlillərinə uyğun surətdə izahat verərək, Ə.Teymurovun ona məxsus sexin yaxınlığında yerləşən obyektlərdə nəzarətçi kimi çalışdığını, bu səbəbdən fəaliyyəti 1 illik dayanmış, ona məxsus sexə də nəzarət etməsini ondan xahiş etmişdir. Sonuncunun göstərdiyi xidmətin qarşılığı olaraq isə ona pul əvəzində ərzaq məhsulları və siqaret məmulatı vermişdir. Hazırda ona məxsus sexin fəaliyyətinin dayandırıldığını və Ə.Teymurovun orada daimi fəaliyyət göstərmədiyini nəzərə alaraq, onunla əmək müqaviləsi bağlamamışdır. Qeyd olunanları nəzərə alaraq, X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 izahatında bildirmişdir ki, Qaradağ rayon Prokurorluğundan daxil olan xx.xx.2023-cü il tarixli 23-1-2-2/313-0152-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və iş üzrə icraat materiallarına əsasən tərəflərindən araşdırılmış və müvafiq olaraq protokol tərtib olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Ə.Teymurov xx.xx.2023-cü il tarixdə X5 yanında Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yələşən daş kəsim sexində hər hansı əmək müqaviləsi bağlanılmadan fəhlə kimi işləmiş, 5-6 manat məbləğdə məvacib almışdır. İş üzrə tərəflərin izahatları alınmış, izahatında, Ə.Teymurovun xx.xx.2023-cü il tarixdə X5 yanında Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yələşən daş kəsim səxində hər hansı əmək müqaviləsi bağlanılmadan fəhlə kimi işləmiş, 5-6 manat məbləğdə əmək haqqı almışdır. Materiala əlavə edilmiş Ə.Teymurovun izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə X5 yanında Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yələşən daş kəsim səxində hər hansı əmək müqaviləsi bağlanılmadan fəhlə kimi işləmiş, 5-6 manat məbləğdə əmək haqqı almışdır və həmin izahatla da X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyib, xx.xx.2023-cü il tarixli 23-1- 2-2/313-0152-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X8 tərəfindən verilmiş şikayət rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 4000 manat məbləğində cərimə edilmişdir. Materiala əlavə edilmiş Ə.Teymurovun izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə X5 yanında Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yələşən daş kəsim səxində hər hansı əmək müqaviləsi bağlanılmadan fəhlə kimi işləmiş, 5-6 manat məbləğdə əmək haqqı almışdır. Göründüyü kimi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan xx.xx.2023-cü il tarixli 23-1-2-2/313-0152-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından, baxış keçirilməsi haqqında protokoldan, inzibati tənbeh vermə haqqında qərar, Ə.Teymurovun izahatı və digər iş materialları ile sübuta yetirilmiş və şikayətçi tərəfindən qeyd edilən pozuntunun törədilməməsini təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Şikayətdə göstərilən dəlillər iş materialları ilə təkzib olunduğundan məhkəmə verilmiş şikayəti əsassız hesab edir və təmin edilməsi üçün əsasların olmaması qənaətinə gəlir. Bununla yanaşı, məhkəmə X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təyin edilmiş inzibati cərimənin məbləğini törədilmiş inzibati xətanın xarakterinə, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinə uyğun hesab etməməklə onun məsuliyyətini ağırlaşdıran halların olmadığı halda ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş tənbehin maksimum həddinə yaxın tənbeh tətbiq edilməsini ədalətli hesab etmir və cərimənin məbləğinin azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edirəm ki, şikayət təmin edilməməli, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2596/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2596/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver