Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2597/2020 18.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi, ı dərəcəli hüquqşünas Fuad Əhmədov tərəfindən qəbul olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx xxxxxxxx 2020-ci il tarixli qərarından və 155-C-20 nömrəli rədd materialına əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin X8 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı Yunisov Əlisəfa Əlövsət oğlu idarə etdiyi, ona təhkim edilmiş “Fiat” markalı, “Doblo” modelli ** AP *** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə xx xxxx 2020-ci il tarixdə 07:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Astara yolunun 14-cü kilometrliyində geriyə hərəkət edərkən ətrafı tam yoxlamadan və avtomobilin arxa tərəfindən maneə olmamasına əmin olmadan hərəkətə başlayarkən manevr qaydasını pozaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsini tağım komandiri X3 vurmuş və bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarəti almış, nəticədə sözügedən faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Prosessual Məcəllənin 207-ci maddəsinə əsasən araşdırılma aparılmış, sonuncunun əməlində cinayət tərkibi olmadığı üçün CPM-nin 39.1.2-ci maddəsinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün materialın Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis kapitanı Elşad Novruzov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2020-cu il tarixli AP ******* nömrəli inzibati xəta haqqında tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarda əks olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 545 rəyindən görünür ki, X2 başın ənsə nahiyyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi xəsarətləri müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişlər, qərardagöstərildiyi kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarda əks olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının 7176 nömrəli ambulator vərəqəsinə əsasən X5 oraya xx.xx.2020-ci il tarixdə 07:35-də müraciət etmiş və sonuncuya ənsə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi xəsarəti diaqnozu qoyulmuşdur. AC 568408 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdə “B, C” kateqoriyaları ilə sürücülük hüququ əldə etmiş və vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2029-cu il tarixinə qədərdir. Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin qeyd olunan yolnəqliyyatı hadisəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğundan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİnin DYPŞ-si vasitəsi ilə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 545 rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin iş materiallarında olan izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları araşdırılarkən məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Fuad Əhmədov tərəfindən Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilərək sonuncunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmiş və Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində protokol tərtib edilərək, xx xxxxxxx 2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, barəsində qəbul olunmuş xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarın tarixindən 03 (üç) aydan artıq müddət keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-2597/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2597/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver