Məhkəmə qərarları › İş №3(002)-2598/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2598/2020

04.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2598/2020 04.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 35, mənzil 25 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon DYPŞ daxil olmuş xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixində saat 23:50 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21074 minik” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sahil qəsəbəsi ərazisində hərəkətdə olarkən yol hərəkət qaydalarını pozduğuna görə Bakı şəhəri Qaradağ RPİ-nin Qaradağ rayon DYPŞnin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etməsi məlum olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs nəqliyyat vasitəsini Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunan material sonuncu dəfə Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(002)-2061/20 saylı qərardadı ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən səlahiyyətli orqana geri qaytarılmış, lakin həmin material səlahiyyətli orqan tərəfindən mövcud çatışmazlıqılar aradan qaldırılaraq yenidən xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini qeyd edib, izahatında göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixində saat 23:50 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21074 minik” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə təhlükəsizlik kəmərindən istifadə etmədən Sahil qəsəbəsi ərazisində hərəkətdə olarkən manevr etmə qaydasını pozduğuna görə Bakı şəhəri Qaradağ rayon DYPŞ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı onun avtomobili sərxoş halda idarə etməsi məlum olmuşdur. Hazırda törətdiyi əmələ görə peşmanlıq hisləri keçirir və gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdiklərini və ailəli olmaqla himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alınmaqla ona güzəşt olunmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli, 00036 saylı spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:50-də tibbi müayinədən keçirilərkən onun 0.418 faiz dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə verilmiş AD 120169 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs minik avtomobilini idarə etmə hüququ vardır. xx xxxxxx 2020-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin Məcəllənin: 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, ailəli olmasını, törətdiyi inzibati xətanı səmimi etiraf etməsini, əməlindən peşman olmasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 333.2-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni İXM-nin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar