Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2602/2023 22.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi ilə, Şəxs barəsində Xətai rayon Polis İdarəsindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Xətai rayon Polis İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materiallar aidiyyəti üzrə Şahbuz rayon məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə elektron informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən Şəxs Şahbuz rayonu, Biçənək kəndində yaşadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Xətai rayon Polis İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Şahbuz rayon məhkəməsinə göndərilsin. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2602/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2602/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver