Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2602/2025 17.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi ilə, X1 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 dekabr 2025-ci il tarixli EQ32415644 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 dekabr 2025-ci il tarixli EQ32415644 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “Land Rover” markalı, “**-RR-***” dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobilin etibarnamə əsasında idarə edilməsi üçün ondan başqa iki nəfərə də idarə etmək hüququ verilmişdir. xx.xx.2025-ci il tarixdə “Land Rover” markalı, “**-RR-***” dövlət qeydiyyat nişanlı avtomobili başqa şəxs idarə etsə də, Bakı-Qazax yolunun 29.5-ci km-nin Qazax istiqamətində yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə inziabti xəta törətdiyi iddiası ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Qərara DİN-nin BYDPİ-nin X5 tərəfindən elektron qaydada tərtib edilmişdir. Lakin xx.xx.2025-ci il tarixdə “Land Rover” markal, “**-RR-***” dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etməmişdir, başqa şəxs idarə etmişdir ki, bununla bağlı mövcud sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inziabti xəta haqqında iş üzrə qərar yalnız tam və hərtərəfli araşdırma nəticəsində qəbul edilməlidir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün təqsirin sübuta yetirilməsi zəruridir. Araşdırma zamanı yaranan bütün şübhələr şəxsin xeyrinə qiymətləndirilməlidir. Qərarın verilməsi zamanı bu əsas prinsiplərə əməl edilməmişdir və nəqliyyat vasitəsini faktiki kim tərəfindən idarə olunduğu müəyyənləşdirilməmişdir. İnzibati tənbeh tətbiq edilərkən sübutlar tam, aydın və şübhəsiz olmalıdır. Bu səbəbdən də barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtibe dilmiş 04 dekabr 2025-ci il tarixli EQ32415644 inzibati xəta haqqında qərarın əsassız olduğundan ləğv edilməsini, həmin avtomobilin kim tərəfindən idarə olunmasının müəyyən edilməsini, həmçinin zəruri hesab edilərsə, hadisə yerinin və görüntülərin ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə DİN-nin BYDPİ-yə və şikayət edən şəxsə məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə və şikayət edən şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 04 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 04 dekabr 2024-cü il tarixdə, saat 05:10:31-də Bakı-Qazax yolu 29.5-ci km Qazax istiqamətində idarə etdiyi **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinmişdir. ƏN-Vİİ 671176 seriya və nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “LAND ROVER RANGE ROVER HSE MİNİK” markalı, “**-RR- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 tərəfindən həmni nəqliyyat vasitəsi X3 idarə etmək hüququ ilə etibar edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələbinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Məhkəmə baxışı zaman şikayətçi X4 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Etibarnaməyə əsasən “LAND ROVER RANGE ROVER HSE MİNİK” markalı, “**-RR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ X3 verilmişdir. Şikayətçinin irəli sürdüyü arqumentlər iş materialları ilə təkzib olunur, inzibati xəta tərkibinin olmamasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu xarakterli işlər üzrə hadisə yerinin və görüntülərin ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 126, 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 dekabr 2025-ci il tarixli EQ32415644 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 dekabr 2025-ci il tarixli EQ32415644 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2602/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2602/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver