Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2604/2025 19.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2 maddəsi ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə tərtib olunmuş 28 noyabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol barədə material aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və Şəxs MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər iki təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə hər iki tərəfin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş 00100-03651/25 saylı 28 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postundan daxil olmuş 3-33-1100/022/034462 saylı raporta əsasən, Çin Xalq Respublikasından HMCU ******* nömrəli konteynerdə BK150720-P nömrəli xx.xx.2025-ci il tarixli invoysla müşayiət olunan və Şəxs MMC (VÖEN: **********) tərəfindən Bakı Baş Gömrük İdarəsində **********7835 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərə xx.xx.2025-ci il tarixdə Abşeron Gömrük postunun anbarında gömrük yoxlaması həyata keçirilmişdir. Baxış zamanı gömrük bəyannaməsində yığılmış şəkildə qovuşma muftası və onun hissələri yükünün mənşə ölkəsinin İspaniya bəyan edildiyi halda üzərində Almaniya mənşəli yazıların olduğu aşkar olunmuş və dəyərində şübhələr yaranmışdır. Aparılmış araşdırma zamanı ümumilikdə 80 ədəd yığılmış şəkildə qovuşma muftası və onun hissələri yükünün ayrı-ayrılıqda xx.xx.2025-ci il tarixə 1 ədədinin və ümumilikdə faktiki bazar dəyərinin, mənşə ölkəsinin müəyyən edilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33- 1100/2-005489/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Ticarət X1nın “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 286 nömrəli ekspert rəyinə əsasən 80 ədəd yığılmış şəkildə qovuşma muftası və onun hissələri yükünün üzərlərində olan nişanlanmaya əsasən, Almaniya istehsalı olub xx.xx.2025-ci il tarixə 1 ədədinin və ümumilikdə faktiki bazar dəyəri cəmi 126000 kimi müəyyən edilmişdir. Beləliklə, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********7835 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərin gömrük dəyəri, yəni 21080 manat və həmin malların 286 nömrəli mütəxəssis rəyinə əsasən faktiki bazar qiyməti ümumilikdə 126000 manat olduğu təqdirdə sözügedən malların ümumi gömrük dəyəri 59680,12 manat, eləcə də qeyd olunan 59680,12 manat gömrük dəyərinə münasibətdə əlavə gömrük ödənişlərinin yaranması nəzərə alınaraq 38600,12 manat dəyərində yığılmış şəkildə qovuşma muftası və onun hissələri yükünün mənşə ölkəsi gömrük orqanına düzgün bəyan edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin az miqdarda bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi “az miqdarda” dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Beləliklə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/020-037072 saylı, xx.xx.2025-ci il tarixli raport, xx.xx.2025-ci il tarixli 286 №-li ekspert rəyi və işdə olan digər materiallarla təsdiq edilir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq qeyd olunan tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi işdə olan sənədlərlə öz təsdiqini tapdığından Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ticarət X1 “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 286 №-li saylı rəyindən aydın olur ki, 80 ədəd yığılmış şəkildə qovuşma muftası və onun hissələri yükünün üzərlərində olan nişanlanmaya əsasən, Almaniya istehsalı olub xx.xx.2025-ci il tarixə 1 ədədinin və ümumilikdə faktiki bazar dəyəri cəmi 126000 kimi müəyyən edilmişdir. İş materiallarında olan 3-33-1100/020-037072 saylı, xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən Baş Gömrqk İdarəsində **********7835 sorğu nömrəli gömrük bəyannamməsi ilə bəyan olunan yüklərin Azərbaycan Respublikası Ticarət X1nın “Azərekspertiza” Birliyindən xx.xx.2025-ci il tarixdə daxil olmuş xx.xx.2025-ci il tarixli 286 nömrəli mütəxəssis rəyinə əsasən, faktiki bazar qiyməti ümumilikdə 126000 manat olduğu təqdirdə sözügedən malların ümumi gömrük dəyəri 59680,12 manat, Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği isə idxal gömrük rüsumu üzrə 1930 manat, əlavə dəyər vergisi üzrə 7295,42 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, onun inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyərinin otuz faizi miqdarında cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 38600 (otuz səkkiz min altı yüz) manat 12 (on iki) qəpiyin 30% (otuz faizi) həddində, yəni 11580,036 manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2604/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2604/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver