Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2605/2023 22.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə rəisi X2, Zərəçəkmiş şəxslər X5 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1983-cü ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Laçın rayonu, Çıraxlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 19 noyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında anası X3 və bacısı X6 döyərək onlara fiziki ağrı yetirmişdir. Qeyd edilənlərlə bağlı təhqiqatçı tərəfindən araşdırma aparılmış, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə rəisi X9 tərəfindən Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN serialı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə rəisi X9 bildirmişdir ki, Şəxs 19 noyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında anası X3 və bacısı X6 döyərək onlara fiziki ağrı yetirmişdir. Protokolu müdafiə edir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, anasıgil Şəhanə adlı gəlinlərini döyüblər. Bu səbəbdən ona zəng edib və o danışmaq üçün anasının evinə getmişdir. Bacısı da orda olmuşdur. Anası ilə kodub danışaraq irad tutmuş və əsəbləşmişdir ki, ailəni dağıtmayın. Lakin anasını və bacısını vurmamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X10 bildirmişdir ki, 19 noyabr 2023-cü il tarixdə o, yaşadığı ünvan 2 ünvanında olan zaman qardaşı Şəxs onlara gəlmiş və öncə anası X4, sonra ona uşaqlarına baxmağı təklif etmişdir. Anası və o, Namiqə öz narazılığını bildirəndə Namiq öncə əli ilə anasının baş nahiyyəsinə bir neçə dəfə vurmuş, daha sonra o, anasını Namiqin əlindən almaq istəyən zaman Namiq onu boğaraq sillə ilə sifətindən, yumruqla isə sinəsindən vurmuşdur. Daha sonra isə çıxıb getmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X7 bildirmişdir ki, 19 noyabr 2023-cü il tarixdə o, yaşadığı ünvan 2 ünvanında olan zaman oğlu Şəxs onlara gəlmiş və öncə ona, sonra qızı X8 uşaqlarına baxmağı təklif etmişdir. O və qızı Namiqə öz narazılığını bildirəndə Namiq öncə əli ilə onun baş nahiyyəsinə bir neçə dəfə vurmuş, daha sonra qızı onu Namiqin əlindən almaq istəyən zaman Namiq bacısını boğaraq sillə ilə sifətindən, yumruqla isə sinəsindən vurmuşdur. Daha sonra isə çıxıb getmişdir. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli qərardan göründüyü kimi, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə, Şəxs hərəkətlərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə düzgün tövsif olunduğu qənaətinə gəlir və hesab edir ki, ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxsnın ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törədən Şəxs ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2605/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2605/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver