Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2607/2025 09.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ rayon icra şöbəsinin rəis müavini X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan FİN (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ rayon icra şöbəsinin rəis müavini X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 09 dekabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Qaradağ Rayon Məhkəməsinin 2(002)-111/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə 25520 manat aliment borcu vardır, borcu ödəmir, çağırışlara gəlmir, gizlənir. Məhkəmə iclası zamanı Qaradağ rayon İcra Şöbəsinin rəis müavini X4 məhkəmə iclasında verdiyi izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, borclunun ümumi 25520 manat borcu yaranmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə əsasən, borclu tələbkarın xeyrinə iki uşağa görə hər ay cəmi 320 manat aliment ödəməlidir. Borcluya müvafiq bildiriş göndərilmişdir, daha sonra borclu barəsində axtarış verilmiş, icrası Qaradağ RPİ-nə həvalə olunmuşdur. Borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş, Qaradağ Rayon Məhkəməsinin müvafiq qərarı ilə inzibati xəta haqqında icraata xitam verilməsi qərara alınmışdır. Xitam əsası kimi borclunun qətnamədən xəbəri olmamağı olmuşdur. Borclu xx.xx.2020-ci ildə 2000 manat ödəniş etmiş, hazırda isə 25520 manat borcu vardır. Borclu barəsində ikinci dəfə axtarış elan olunmuşdur. Tələbkar telefon nömrəsini dəyişdiyi üçün əlaqə saxlamaq mümkün olmamışdır. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün işə girə bilmir. Tələbkarla əlaqə saxladığında ondan şikayətçi olmadığını bildirmişdir. Evi satıb pulu ödəyəckdir. Qardaşı hazırda həbsdədir, onun da evdə payı olduğundan onun çıxmağını gözləyir. Gündəlik fəhləlik işi ilə məşğul olur. Qeyd olunan borc məbləğini ancaq evi sataraq ödəyə bilər. Axtarışda olduğu üçün şəxsiyyət vəsiqəsini dəyişə bilmir. Bu səbədən iş tapıb işləyə bilmir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 2(002)-111/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qətnaməsi üzrə 16 yanvar 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən görünür ki, Şəxs 03 sentyabr 2018-ci il tarixdən başlayaraq 03 may 2012-ci ildə doğulmuş X8 və 06 fevral 2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 160 manat olmaqla, iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-111/2019 saylı, 16 yanvar 2019-cu il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata başlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şəxs Qaradağ Rayon Məhkəməsinin 2(002)-111/2019 saylı, 16 yanvar 2019-cu il tarixdə verilmiş icra vərəqəsində göstərilən tələbin könüllü icra edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş X5 tərəfindən verilmiş 2019-cu il tarixli ərizənin surətindən görünür ki, borclu yaşayış yerini gizli saxlayır, əlaqə nömrəsini müəyyən etmək mümkün deyildir. Borclu Şəxs barəsində axtarışın elan edilməsinin təmin olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş 3(002)-267/2020 saylı, 19 fevral 2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, Şəxs X2 xx.xx.2020-ci il tarixdə 2000 manat məbləğində aliment ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon icra şöbəsinin rəis müavini X1 tərtib etdiyi 09 dekabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan ayın olur ki, Şəxs Qaradağ Rayon Məhkəməsinin 2(002)-111/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tələbkara ödəməli olduğu aliment borcunu 25520 manat təşkil edir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin fakt icra sənədi, icraata başlamaq haqqında qərar, borcluya göndərilmiş bildiriş, borclunun izahatı və borclu barədə olan elektron sorğu ilə təsdiq edilir. Protokol tərtib edilən zaman borclu hal-hazırda imkansızlıq səbəbindən aliment borcunu ödəyə bilmədiyini, evi satanda borcu ödəyə biləcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanında 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 58- 1-ci bəndində göstərilmişdir ki, icra məmurunun probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti vardır. İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə əsasən rayon (şəhər) məhkəmələri həmin məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, borclu tərəfindən yaranmış aliment borcunun məbləğinin 25520 manat olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 09 dekabr 2025-ci il tarixdən, saat 16:20-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2607/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2607/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver