Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2608/2023 25.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 03 mart 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, X9 ilə X5 arasında bağlanmış 18 sentyabr 2018-ci il tarixli ilkin alqı satqı müqaviləsinə əsasən X2 torpaq sahəsini otuz doqquz min manata qiymətləndirmiş və gələcəkdə torpaq sahəsini həmin qiymətə alıcı X4 alqı-satqı müqaviləsi bağlayaraq satmağı öhdəsində götürmüşdür. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı X11 uşaqları 14 dekabr 2010-cu il təvəllüdlü X16, 30 iyun 2012-ci il təvəllüdlü X12, 01 iyul 2016-cı il təvəllüdlü X17 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivi 2, küçə 6, 9 saylı evə köçürülməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 10 sentyabr 2019-cu il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu yuxarıda qeyd olunan qətnamənin icrasını yerinə yetirmədiyindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qərardadından iddiaçı X15 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 12991/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Əliyeva Svetlana Əlibaba qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3625/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh Əliyeva Svetlana Əlibaba qızının kassasiya şikayəti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12991/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2020 sayli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Əliyeva Svetlana Əlibaba qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azerbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2735/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərarı ilə cavabdeh Əliyeva Svetlana Əlibaba qızının kassasiya şikayətinin təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6791/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il taixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayəti vermə müddəti X5 tərəfindən buraxıldığı və buraxılmış prossesual müddətin bərpa edilməsinə dair ərizə verilmədiyi əsası ilə aplleyasiya şikayəti geri qaytarılmışdır. X5 həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prossessual müddətin bərpası barədə ərizə ilə yenidən məhkəməyə müraciət etdiyindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadı ilə X5 tərəfindən verilmiş ərizənin təmin edilməsi və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsindən X3 apellyasiya şikayəti vermə müddətinin buraxılması üzürlü hesab edilərək bərpa edilməsi və Apellysiya şikayəti baxılması üşün mülki işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı X15 şikayət verərək həmin qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 05 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8339/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı X11 şikayəti təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8 öz izahatında daha sonra göstərmişdir ki, borclu Şəxs qətnaməni icra etmədiyinə görə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-175/2021 saylı, 29 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O cəza çəkdiyi müddətdə qətnamənin icrası dayandırılmış, azadlığa çıxdıqdan sonra yenidən tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu icra məmurunun çağırışlarına cavab vermədiyindən və icra sənədini icra etmədiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 25 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivi 2, küçə 6, 9 saylı ev ilkin alqı-satqı müqaviləsinə əsasən X4 otuz doqquz min manata satmışdır. Ona görə də tələbkarın həmin evə yerləşdirilməsini təmin edə bilmirlər. O, qətnamənin icrasından yayınmır, bundan başqa icra məmurunun onu çağırışlarına cavab verməməsinə münasibətdə isə bildirmişdir ki, onun bu çağırışlardan ümumiyyətlə məlumatı olmamışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icrasını təmin etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymaraq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Ona görə də Şəxsnın Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2608/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2608/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver