Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2611/2025 09.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Qaradağ RPİ-nin 38-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi qaydada işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, O, həmin protokolu Qaradağ RPİ-nin 38-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 09 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən tərtib etmişdir. Şəxs 08 dekabr 2025-ci il saat 19:30 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev parkında narkotik maddə qəbul etdiyindən şübhələndikləri üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onu Qaradağ RPİ-nin 38-ci PŞ-nə dəvət etmişlər. Müayinə zamanı onda həqiqətən də, Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan sonra bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 09 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, 08 dekabr 2025-ci il tarixdə təxminən saat 19:30 radələrində bölməyə gətirilmiş və həmin gecə bölmədə qalmışdır. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs qanunvericiliyə uyğun tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, 18 yaşından narkotik vasitə olan marixuana qəbul edir. Sonuncu dəfə 06 dekabr 2025-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev parkında yerdən tapdığı narkotik vasitə olan marixuananı istifadə etmişdir. 08 dekabr 2025-ci il tarxidə yaşadığı qəsəbədə olarkən təxminən saat 19:30 radələrində polis əməkdaşları ona yaxınlaşmış, onu 38-ci PŞ-nə dəvət etmişlər. 09 dekabr 2025-ci il tarixdə onu narkoloji müayinəyə aparmışlar və həmin müayinənin nəticəsi müsbət çıxmışdır. O öz izahatında daha sora göstərmişdir ki, 08 dekabr 2025-ci il tarixdə təxminən saat 19:30 radələrində bölməyə gətirildikdən sonra həmin gecə bölmədə qalmış və səhəri günü oradan birbaşa məhkəməyə gətirilmişdir. Törətdiyi əməldən peşiman olduğunu bildirərək məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 09 dekabr 2025-ci il tarixli, 7677 nömrəli rəyindən aydın olur ki, Şəxs KANNABİNOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 38-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 09 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, vət. Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, Şəxs narkotik vasitənin istehlakçısı kimi satış məqsədi olmadan şəxsi istehlak miqdarı çərçivəsində istifadə etdiyinə görə İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 08 dekabr 2025-ci il tarixdən, saat 19:30-dan hesablansın.
3. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PŞ-nə həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov