Məhkəmə qərarları › İş №3(002)-2616/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2616/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2616/2023 28.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul edilməsi məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 26 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, Şəxs MMC, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş badam məhsul partiyasını sertifikat olmadan 13 dekabr 2023-cü il tarixdə ünvan 1 ünvanında satmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan yenidən araşdırılması üçün AQTA-nın Bakı Regional Bölməsinə geri qaytarılmalıdır. Belə ki, AQTA-nın Bakı Regional Bölməsinin 26 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli protokolunda qida məhsullarının ünvan 1 ünvanında 13 dekabr 2023-cü il tarixdə satıldığı qeyd olunsa da bu hala dair iş materiallarına hər hansı bir sübut (tərəflərin iştirakı ilə tərtib edilmiş akt) əlavə edilməmişdir. Bundan başqa iş materiallarına AQTA-nın Bakı Regional Bölməsindən Şəxs MMC-yə ünvanlanmış 01 dekabr 2023-cü il tarixli məktubun və 21 dekabr 2023-cü il tarixli 3-44-1/2- 12574/23 nömrəli bildirişin surətləri əlavə olunsa da həmin bildirişlərin Şəxs MMC-yə həqiqətən də göndərilməsi və qeyd olunan bildirişlərin şirkət tərəfindən alınıbalınmamasına dair heç bir sübut əlavə edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda adı çəkilən qida məhsullarının ölkəyə idxalının nəzərdə tutulduğu İD ********** nömrəli müraciətdə məhsulun 24 oktyabr 2023-cü il tarixdə gömrük ərazisinə çatması qeyd olunmuşdur. İdxal sağlamlıq aktının verilməsindən imtina olunması barədə qərar isə 30 noyabr 2023-cü il tarixə aiddir. Göründüyü kimi idxal sağlamlıq aktının verilməsindən imtina olunması barədə qərar müraciət Agentliyə daxil olduqdan təxminən bir ay sonra verilmişdir. Belə olan halda həmin qida məhsullarının bir ay ərzində satılmayacağını güman etmək mümkünsüz olardı. Belə ki, “Lisenziya və icazələr” haqqında Azərbaycan Respublikasının qanununun, 19.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunlarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, icazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq icazəni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Bundan başqa iş materiallarına əlavə edilmiş 26 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan orqanın səlahiyyətli nümayəndəsinin 21 dekabr 2023-cü il tarixli məktubla dəvət olunduğu, lakin iştirak etmədiyi qeyd olunsa da həmin məktubun Şəxs MMC tərəfindən alınmasına dair xəbərnamənin surəti iş materiallarına əlavə olunmamışdır. Bundan başqa qeyd olunan inzibati işə baxılması ilə əlaqədar AQTA-nın nümayəndəsinin iştirak etməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan tərəfin etirazının əsası kimi istinad etdiyi halların aydınlaşdırılmasını qeyri-mümkün etmişdir. Bu da məhkəmə tərəfindəndən iş üzrə obyektiv yekun qərarın qəbul edilməsini istisna etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İXM-nin 447.0.4-cü maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə geri qaytarılsın. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar