Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2619/2025 19.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi ilə, AZ 1080, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 03 dekabr 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən aydın olur ki, Şəxs MMC tərəfindən 14140.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 20 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 14140.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 21 noyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin direktoru X1 tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində olan elektron kabinet vasitəsilə izahat göndərilərək bildirilmişdir ki, 20 noyabr 2023-cü il tarixdə həmin MMC tərəfindən 14140.00 ABŞ dollarının avans olaraq xaricə köçürülməsi müqabilində mallar xx.xx.2023-cü il tarixli **********5456 saylı YGB ilə ölkəyə idxal edilmiş, lakin gömrük bəyannnaməsinin tərtibi zamanı yol verilən mexaniki səhv nəticəsində bəyannamənin çatdırılma şərtləri qrafasında 100 kodu (malın dəyəri əvvəlcədən ödənilmişdir) əvəzinə 120 kodu (malın dəyəri sonradan ödəniləcək) və həmçinin müqavilə tarixi səhv qeyd edilmişdir. Tərəfindən bəyannaməyə düzəliş olunması üçün Dövlət Gömrük Komitəsinə müraciət olunmuş və DGK tərəfindən **********5456 nömrəli bəyannaməyə müvafiq düzəlişlər həyata keçirilmişdir. Bunun nəzərə alınaraq, 3(002)-2619/2025 saylı inzibati xəta haqqında işə xitam verilməsi xahiş edilmişdir. Məhkəmə, iş materiallarını və Şəxs MMC-nin direktorunun elektron məhkəmə informasiya sistemində olan elektron kabineti vasitəsilə göndərdiyi izahatını və izahata əlavə olunan **********5456 nömrəli bəyannaməni araşdırıb hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin direktoru X1 tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş xx.xx.2023-cü il tarixli **********5456 sorğu nömrəli gömrük bəyannaməsindən aydın olur ki, 14140.00 manat dəyərində təzə kivi Azərbaycan Respublikasına idxal edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə tərəfindən “Elektron Məhkəmə” sistemində olan elektron kabinet vasitəsilə göndərilmiş məlumatdan aydın olur ki, məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli **********5456 saylı bəyannamə ilə malların idxalı vəsaiti köçürən bank tərəfindən təsdiq edildiyindən iş üzrə icraata xitam verilməsinə etiraz edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən ölkə xaricinə 20 noyabr 2023-cü il tarixdə köçürülmüş 14140.00 ABŞ dolları dəyərində vəsaitə uyğun olaraq iki il müddət keçənədək vəsait hesabına malların ölkəyə idxalı faktı baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 43, 53.1.1, 114-115, 128-129 və 430.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN: **********) 03 dekabr 2025-ci il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2619/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2619/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver